Kənd Təsərüfatı Nazirliyi bu gün Qurban bayramı ilə əlaqədar Bakıda yarmarkalar keçirib.
AZXEBER.COM AzNews.az-a istinadən xəbər verir ki, belə yarmarkalardan biri Qaradağ rayonu Lökbatan qəsəbəsi, "Meyvəli" bazarının yaxınlığında təşkil olunub. Heyvanlar hamısı eyni qiymətə - 90 AZN-ə satılıb. Əraziyə gələn insanlar heyvanları qeyd olunan qiymətə ala bilsələr də, bəzi işbazların hesabına çətinliklərlə də rastlaşıblar. Belə ki, satış məntəqəsinə gətirilən qoyunları alverçi olunduğu iddia edilən bir neçə şəxs alaraq aparıb başqa ərazidə baha qiymətə satıblar. Əməkdaşımızın müşahidələrinə görə, bir vətəndaş rahatlıqla 7-8 qoyun alıb apara bilirmiş. Bu da insanların içərisində narazılığa səbəb olub. Qoyun alan və əslən Qərbi Azərbaycandan olduğunu deyən yaşlı bir şəhər sakini söhbət zamanı çox maraqlı bir iddia irəli sürüb. Onun sözlərinə görə, bura gətirilən qoyunlar əsasən Ermənistanda olur, onlar Ermənistandan Gürcüstan bazarlarına, oradan da Azərbaycana gətirilib. O, Qərbi Azərbaycanda yaşadığı vaxtda çobanlıq etdiyini və orda yalız bu növ qoyunların olduğunu dilə gətirib. Bazardan çəkilən fotoları təqdim edirik: