ŞOK! Neft Akademiyasında ölüm

ŞOK! Neft Akademiyasında ölüm
Bütün Xəbərlər
10:59 28.01.2015
7130
Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) əməkdaşı iş başında vəfat edib.Bu barədə ANS PRESS-ə ADNA-dan məlumat verilib. Vəfat edən akademiyanın Əsaslı Kitabxanasının direktoru Cabir Ağaməmmədov olub.Yanvarın 26-da işdə olarkən saat 17 radələrində səhhəti pisləşib. Kitabxananın direktoru qəfildən infarktdan dünyasını dəyişib.Qeyd edək ki, Cabir Lənkəran oğlu Ağaməmmədov 1939-cu ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olub. 1967-ci ildə Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1971-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstitutunun ikillik kursunda ingilis dilini öyrənib. 1984-cü ildən Azərbaycan Dövlət Neft Akademiyasının əsaslı kitabxanasının direktoru vəzifəsində işləyib.
OXŞAR XƏBƏRLƏR