ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman ötən gün avtomobil qəzasında dünyasını dəyişib.
Aparıcı ötən gün məkanlardan birində ad gününü qeyd edib. Məclisdə iştirak edənlər arasında aparıcı Şəhriyar Əbilov da olub.
O, Ada Süleymanla bağlı paylaşımında yaşadığı şoku ifadə edib:
"Az öncə ad günündə idim, səni təbrik etdim. Sənin öz üzərində işləyib inkişaf etməyindən danışdıqdan sonra gözün doldu. Gözəl ad günü keçdi. Sonra sağollaşıb səninlə çıxıb getdim. Daha sonra isə sən avtomobil qəzasında dünyanı dəyişdin. Bu nə idi yaşadığım? Şokdayam. Nur içində yat. Allah rəhmət eləsin”.
///axşam.az











































