Son 10 ildə pensiyaların məbləği necə dəyişib? – STATİSTİKA

Son 10 ildə pensiyaların məbləği necə dəyişib? – STATİSTİKA
SOSİAL
11:52 05.11.2026
55
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev əməkhaqlarının, pensiyaların və sosial müavinətlərin artırılacağını bəyan edib.

Belə ki, əmək pensiyalarının orta aylıq məbləğinin 2026-cı ildə 595 manat təşkil edəcəyi gözlənilir. 2027-ci ildə isə orta aylıq pensiyanın məbləğinin təxminən 45 manat artaraq 640 manata çatacağı proqnozlaşdırılır.

AZXEBER.COM son 10 ildə Azərbaycanda pensiyaların orta aylıq məbləğinin necə dəyişdiyini təhlil edib.

Araşdırma zamanı məlum olub ki, 2016-cı ildə Azərbaycanda təyin edilmiş aylıq pensiyaların orta məbləği 177,6 manat təşkil edib. 2017-ci ildə bu göstərici 192,2 manata, 2018-ci ildə 208,4 manata, 2019-cu ildə isə 221,4 manata yüksəlib.

Sonrakı illərdə də artım davam edib. Belə ki, 2020-ci ildə orta aylıq pensiya 263,6 manat, 2021-ci ildə 302,2 manat, 2022-ci ildə 331,8 manat, 2023-cü ildə 372,1 manat, 2024-cü ildə 441,3 manat, 2025-ci ildə isə 496,6 manat olub.

2026-cı il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda təyin edilmiş aylıq pensiyaların orta məbləği 541,6 manat təşkil edib.

Beləliklə, 2016-cı ilin əvvəli ilə 2026-cı ilin əvvəli müqayisə edildikdə, orta aylıq pensiya 364 manat və ya təxminən 3 dəfə artıb.

2027-ci il üçün isə orta aylıq əmək pensiyasının 640 manat səviyyəsində olacağı proqnozlaşdırılır.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR