Moskva vilayətində 31-34 dərəcəyədək şaxta müşahidə olunur. Meteoroloji bürodan verilən məlumata görə, sonuncu dəfə fevralın 13-də ən soyuq hava 1911-ci ildə müşahidə edilib.Dağıstanın 11 rayonunda və Mahaçqalada isə müşahidə olunan kəskin aşağı temperaturla əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib. Dağıstanın şimal rayonlarında havanın temperaturu gecə saatlarında mənfi 32 dərəcə selsi qeydə alınıb. Şaxtalı hava şəraiti 12 min hektaradək üzüm bağına ziyan vurub. Dəymiş ziyan isə bir neçə milyarddır. Dağıstanda 30 dərəcəlik şaxtanın sonuncu dəfə 124 il əvvəl qeydə alındığı bildirilir.