"Son 6 ay çox əziyyət çəkdi, sağalması mümkün deyildi"

"Son 6 ay çox əziyyət çəkdi, sağalması mümkün deyildi"
MƏDƏNİYYƏT
18:12 02.06.2026
776
"İranə xanımın ürəyi dayandı. Onun istedadı kimi, xəstəliyi də qeyri-adi oldu. Motoneyron, neyronların ölməsi xəstəliyi var idi. Çox nadir xəstəlikdir. Birinci ayaqları tutuldu. O qədər iradəli insan idi ki, son gününə qədər reabilitoloqla idman edirdi. O dərəcədə ruh var idi onda".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar artist Firdovsi Atakişiyev "Həftənin qonağı" verilişində mərhum həyat yoldaşı, Xalq artisti İranə Tağızadənin xəstəliyindən danışarkən deyib. Aktyor mərhum xanımının xəstəliyinin sağalmaz olduğunu vurğulayıb:

"3 il hər şeyi atdım, sənətdən uzaqlaşdım, ancaq İranə ilə oldum. Heç vecimə də deyildi. Çəkilişlərdən imtina etdim. İki köməkçimiz var idi. Mən isə üçüncü. Oğlum da eynən. İşdən qayıdan kimi mənim bir neçə saat dincəlməyimə imkan verirdi. Çox çətin günlər idi. Buna baxmayaraq, deyib-gülür, planlar qururduq. Çox çalışdıq, Moskvada, Türkiyədə olduq. İsraildəki həkimlərlə də əlaqə saxladıq. Amma heç cür olmadı. Sağalması mümkün deyildi. 3 il mərhələli şəkildə xəstəliyi artdı. Son 6 ayı çox əziyyət çəkdi, qucağımızda gəzdirirdik. Buna görə məndə və oğlumda bel yırtığı yarandı. Bir dəfə 48 saat davam edən ağrıdan qışqırırdım. İndi də ildə iki dəfə bundan müalicə alıram.

Əlbəttə ki, halal xoşu olsun. Həmişə deyirdi ki, mənə görə hər şeydən imtina edirsən. Cavab verirdim ki, bəs sən mənə bu qədər sevgini, səadəti yaşadanda necə?"

Firdovsi Atakişiyev mərhum həyat yoldaşının xəstəliyi dövründə sənətdən uzaqlaşdığını və bütün təklifləri rədd etdiyini açıqlayıb:

"Türkiyədən serialla bağlı təklif gəlmişdi. Dedim ki, heç cür mümkün deyil. Söylədilər ki, bilirsən nədən imtina edirsən? Bildirdim ki, bilirəm. Oğlum hətta təklif etdi ki, işdən çıxsın. Bu müddət ərzində mən çəkilim. Dedim ki, hə, bir bu qalmışdı. Təsəvvür et, Türkiyədə seriala çəkilirəm. Çəkilişdən sonra gəlib hoteldə dincəlirəm. Sən isə burada belə. Dedim ki, ola bilməz, mümkün deyil.

Mənə deyirdilər ki, özünü kölgəyə döndərmisən, nə gündəsən? Həm də həddindən artıq arıqlamışdım. Özümə fikir vermirdim. Təklif etdilər ki, səni filmə çəkək, maddi yardım olsun. Ona da cavab verdim ki, mənə heç nə lazım deyil, hər şey qaydasındadır, təki sevgimi geri qaytara bilim. O da alınmırdı. Amma İranə dünyasını dəyişəndən 1 həftə sonra artıq işləməyə başladım."

Qeyd edək ki,  İranə Tağızadə Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru olub. İ.Tağızadə 9 aprel 2023-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsraildən Rumıniyaya yük daşıyan gəmi Qara dənizdə batıb
18:50 29.10.2026
İsraildən Rumıniyaya yük daşıyan gəmi Qara dənizdə batıb
"Reuters": İran sanksiyalardan yayınaraq 2 milyard dollardan çox hərbi avadanlıq idxal edib
18:36 29.10.2026
"Reuters": İran sanksiyalardan yayınaraq 2 milyard dollardan çox hərbi avadanlıq idxal edib
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
18:23 29.10.2026
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb
18:13 29.10.2026
İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb
Avropa Mərkəzi Bankının prezidenti fevralda vəzifəsindən ayrılacaq
18:11 29.10.2026
Avropa Mərkəzi Bankının prezidenti fevralda vəzifəsindən ayrılacaq
Diplomatiyada qarşılıqlılıq yaddaşı nə deməkdir? - İZAH
18:02 29.10.2026
Diplomatiyada qarşılıqlılıq yaddaşı nə deməkdir? - İZAH
Elm və Təhsil Nazirliyi Daşkənddə keçirilən yüksək səviyyəli tədbirlərdə təmsil olunub
17:47 29.10.2026
Elm və Təhsil Nazirliyi Daşkənddə keçirilən yüksək səviyyəli tədbirlərdə təmsil olunub
“Parker Russell Azerbaijan” “2026-cı ilin ən yaxşı konsaltinq şirkəti” mükafatına layiq görülüb - FOTO
17:43 29.10.2026
“Parker Russell Azerbaijan” “2026-cı ilin ən yaxşı konsaltinq şirkəti” mükafatına layiq görülüb - FOTO
Diplomatiyanın qarşılıqlılıq prinsipi: 2024-cü ildə niyə Şuşa yox, Berlin üstün tutuldu?
17:38 29.10.2026
Diplomatiyanın qarşılıqlılıq prinsipi: 2024-cü ildə niyə Şuşa yox, Berlin üstün tutuldu?
İlham Əliyev İspaniyanın Kralına başsağlığı verib
17:34 29.10.2026
İlham Əliyev İspaniyanın Kralına başsağlığı verib
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
17:29 29.10.2026
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi
17:19 29.10.2026
Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi
Bakıda idmançı məşq zamanı öldü
17:17 29.10.2026
Bakıda idmançı məşq zamanı öldü
Bakı dünya futbolunun mərkəzində: FIFA U-15 Azərbaycan üçün niyə önəmlidir?
17:17 29.10.2026
Bakı dünya futbolunun mərkəzində: FIFA U-15 Azərbaycan üçün niyə önəmlidir?
Ceyranbatanda 10 şagird zəhərləndi
16:54 29.10.2026
Ceyranbatanda 10 şagird zəhərləndi
Məktəbdə jurnalisti döyən 3 nəfərə cinayət işi açıldı - DİN-dən rəsmi açıqlama
16:40 29.10.2026
Məktəbdə jurnalisti döyən 3 nəfərə cinayət işi açıldı - DİN-dən rəsmi açıqlama