Dünyanın ən populyar və böyük sosial şəbəkəsi olan Facebook-da probelmlər yaranıb.
AZXEBER.COM xəbər verir ki, sosial şəbəkədəki profillərinə daxil olmaq istəyən istifadəçiləri "Sorry, Something Went Wrong" ("Bağışlayın, nə isə yanlış alındı") yazısı qarşılayır.
Xarici KİV-in yaydığı məlumata görə, buna səbəb “Facebook”un yeni istifadəyə verdiyi "Slingshot" messencerlə bağlıdır. Sosial şəbəkənin mərkəzi serverinə çox yük düşdüyü üçün şəbəkəyə daxil olmaq mümkün deyil.
