Son dəqiqə! Ermənistan 'Eurovision-2012' müsabiqəsində iştirak etməyəcək

Son dəqiqə! Ermənistan
MƏDƏNİYYƏT
04:24 24.02.2012
4682

Ermənistanın bir qrup müğənnisi Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində iştirakdan imtina etdikləri barədə bəyanat veriblər.

AZXEBER.COM-un news.am saytına istinadən verdiyi məlumata görə, bəyanat Ermənistanın ictimai televiziyasına və Avropa Yayım İttifaqına ünvanlanıb. 

Bəyanatda deyilir ki, fevralın 23-də Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində fevralın 23-də 20 yaşlı erməni əsgəri Albert Adibekyan öldürülüb. Müğənnilər bildirirlər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik edən ölkələr dəfələrlə təmas xəttindən snayperlərin geri çəkilməsinə dəfələrlə çağırış ediblər: “Erməni tərəfi hər zaman bəyan edib ki, bu addıma hazırdır. Görünür, Azərbaycan bu təklifi qəbul etmir və istənilən bəhanədən erməni qanı axıtmaq üçün istifadə edir. Biz bəyan edirik ki, Bakıdakı “Eurovision” müsabiqəsində iştirakla bağlı ciddi narahatlıqlarımız var”. Müğənnilər bildirirlər ki, “Eurovision-2012” mahnı müsabiqəsində iştirakdan imtina edirlər. Onlar bəyan edirlər ki, Azərbaycanda ermənilərə qarşı nifrət mövcuddur. Siyasi yükü daha çox olan bəyanatda o da deyilir ki, başqa ölkələrin vətəndaşları olan ermənilərin də Azərbaycana daxil olmasına imkan verilmir. Guya, Ermənistan nümayəndə heyətinin hər bir üzvünü 2004-cü ildə Budapeştdə Ramil Səfərov tərəfindən qətlə yetirilmiş Qurgen Markaryanın aqibəti gözləyə bilər.Bəyanatda qeyd olunub ki, azərbaycanlılar ermənilərin başına müsibətlər gətirib. Guya Sumqayıtda, Kirovabadda, Bakıda, Mingəçevirdə ve Marağada yüzlərlə erməni öldürülüb. Həmçinin azərbaycanlılar Dağlıq Qarabağda dinc sakinlərə qarşı vəhşilik törədib. Müğənnilər Ermənistanın ictimai televiziyasını Bakıdakı müsabiqəyə təmsilçi göndərməməyə çağırırlar. Bu azmış kimi, onlar iştirakları üçün Avropa Yayım İttifaqı qarşısında müsabiqənin yerinin dəyişdirilməsi şərtini irəli sürürlər.  Bəyanatın hansı müğənnilər tərəfindən imzalandığı açıqlanmayıb.news.am həmçinin onu da qeyd edib ki, martın 18-də planlaşdırılan Ermənistan milli seçim turu baş tutmayacaq. Buna başlıca səbəb kimi fevralın 23-də 20 yaşlı erməni əsgəri Albert Adibekyan öldürülməsi göstərilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:45 11.07.2025
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR