Son dəqiqə! 'Qara Qarayev'də atışma: 2 nəfər öldürüldü, yaralılar var
Bütün Xəbərlər
02:05 17.05.2012
6065
Mayın 17-nə keçən gecə hüquq-mühafizə orqanları Bakıda radikal dini qrupa qarşı növbəti əməliyyat keçirib. Hüquq-mühafizə orqanlarından lent.az-a daxil olan məlumata görə, metronun Qara Qarayev stansiyasının yaxınlığında keçirilən əməliyyat zamanı radikal dini təmayüllü silahlı qruplaşma zərərsizləşdirilib. Əməliyyat zamanı güc strukturlarına silahlı müqavimət göstərən dəstənin 2 üzvü məhv edilib, bir neçəsi isə xəsarət alıb. Dəstə üzvlərinin hamısı saxlanılıb. Əməliyyat zamanı hüquq-mühafizə orqanları əməkdaşlarından xəsarət alanların olduğu deyilir. /// lent.az