"Son dövrlərdə Azərbaycanda internetin sürəti artıb" - Osman Gündüz

"Son dövrlərdə Azərbaycanda internetin sürəti artıb" - Osman Gündüz
SOSİAL
15:36 30.08.2022
455
Son zamanlarda ölkədə internetin sürətinin aşağı olması ilə bağlı narazılıqlar yaranıb. İstifadəçilər müxtəlif provayderlər üzrə internet sürətində problemlərlə üzləşdiklərini qeyd edirlər.

Bəs, ölkədə internetin sürətində problemlər varmı?

Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz məsələ ilə bağlı AZXEBER.COM-a fikirlərini bildirib.

O, deyilənlərin əksinə olaraq bildirib ki, ölkədə internetin sürəti artıb:

"Son dövrlərdə ölkədə internetin sürəti artıb. Məsələn, "Aztelekom"la "Baktelecom"a diqqət etdikdə görmək olar ki, aşağı sürətləri ləğv etdilər, buna görə narazılıqlar da oldu. Yəni bu provayderlər aşağı sürəti ləğv edib keçdilər yüksək sürətlərə. Biz də onun davasını edirik ki, bəzi adamlar üçün 10 mbit/s-i niyə saxlamayıblar? Onlar 10 mbit/s-i də ləğv edib 15-dən başlayıblar”.

Osman Gündüzün sözlərinə görə, ölkənin rayonlarında internetin sürətinin aşağı olması müşahidə oluna bilər:

"Ümumiyyətlə yanaşsaq, Azərbaycanda internetin sürətinin artması tendensiyası müşahidə olunur. Real vəziyyət belədir. Elə "Aztelekom"la "Baktelecom" buna misaldır. Yəni, bunlar yüksək sürət verə bilirdilər ki, aşağını ləğv etdilər. Əvvəl verə bilmirdilər. İndi onlar GPON (Gigabit Passive Optical Network) deyilən bir infrastrukturu qurdular, yəni fiber-optik infrastrukturu qurdular. Bu fiber-optik infrastruktur onlara imkan verdi ki, daha yüksək sürətlər versinlər. Amma deyim ki, bu, hələlik bütün ölkə üzrə deyil. Bütün ölkə üzrə regionlarda hələ ki, ADSL qalıb. Bunlar indi GPON texnologiya ilə fiber-optik çəkdilər. Onun aşağı sürətini ləğv edib, yüksək sürəti saxladılar. Amma ölkənin əksər rayonlarında ADSL qalıb. Onunla da yüksək sürət vermək olmur. Orada internet keyfiyyətsizdir. Onlar elə əvvəlki qaydadadır. Gərək orada da adıçəkilən qurumlar ADSL-i ləğv edib GPON-a keçsinlər ki, aşağı sürətlər ləğv olunsun və onlar da yüksək sürətə keçsinlər”.

Onu da qeyd edək ki, "Baktelecom" tariflərdəki dəyişikliklə bağlı məlumat yaymışdı:

"İstehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq "Bakı Telefon Rabitəsi” MMC 4 mbit/s və 10 mbit/s tariflərini ləğv edərək abunəçilərin daha sürətli internetə keçidini təmin edir.

Bu məqsədlə GPON (Gigabit Passive Optical Network) 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri 6 avqust 2022-ci il tarixindən müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürülür. Bu dəyişikliklə aşağı sürət tarifləri ləğv edilərək daha yüksək sürətə keçid təmin olunur ki, bu da qısa yükləmə müddətinə, həmçinin yüksək internet sürəti tələb edən onlayn xidmətlərdən və platformalardan yararlanmağa imkan verir”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
12:07 08.06.2026
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
12:04 08.06.2026
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
11:55 08.06.2026
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
11:53 08.06.2026
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
11:44 08.06.2026
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
11:28 08.06.2026
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
11:28 08.06.2026
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
11:20 08.06.2026
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
11:19 08.06.2026
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
11:14 08.06.2026
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
11:11 08.06.2026
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
11:07 08.06.2026
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
10:57 08.06.2026
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
10:45 08.06.2026
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
10:25 08.06.2026
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
10:24 08.06.2026
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır