İsrailin son 24 saatda Qəzzaya qarşı həyata keçirdiyi hücumlarda 144 fələstinli həyatını itirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada, İsrailin davam edən hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatlar paylaşılıb.
Bildirilib ki, son 24 saatda Qəzzada 144 ölü, 560 yaralı xəstəxanalara çatdırılıb.
Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.
Gülay