Dünya çempionu və "Qızıl top" mükafatçısı Ronaldinyo 46 yaşında İtaliya C Seriyası təmsilçisi "Ravenna"ya keçib.
Braziliyalı futbolçu klubda investor, beynəlxalq səfir və oyunçu olacaq.
O, karyerasının son qolunu vurmaq üçün ən azı bir rəsmi oyunda oynamağı planlaşdırır. Klubun sahibi İqnazio Çipriani layihənin sadəcə marketinq addımı olmadığını vurğulayıb.
Ronaldinyonun meydana qayıdışının dəqiq tarixi hələlik məlum deyil.
///Unikal///











































