7 illik müstəqil fəaliyyətin nəticəsi: BNA insanları cərimələməklə, incitməklə yadda qaldı

7 illik müstəqil fəaliyyətin nəticəsi: BNA insanları cərimələməklə, incitməklə yadda qaldı
SOSİAL
16:25 08.02.2022
917
2015-ci ildə Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsi üçün prezidentin sərəncamı ilə Bakı Nəqliyyat Agentliyi yaradılmışdı. 

Yarandığı gündən agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etmək idi.

Prezident BNA-nı yaradarkən onun qarşısında duran vəzifələri səsləndirmiş və ən əsası da Bakıda parkinq məsələsinin təəcili həll edilməli olduğunu bildirmişdi. Ölkə başçsının 2018-ci il 6 iyul tarixli fərmanı ilə BNA-ya parklamaya nəzarət, idarəetmə və daxil olan vəsaitdən istifadə ilə bağlı qaydalar da müəyyən etmək tapşırılmışdı. Prezidentin etimadı ilə yanaşı cəmiyyət tərəfindən də BNA-ya inam formalaşmış, hətta bu işin qurulmasına dəstək də ifadə edilmişdi. Ancaq ümidlər özünü doğrultmadı.  Nəticədə cərimələrin sayının və qiymətlərinin çoxaldığı müşahidə olundu ki, bu da zaman-zaman cəmiyyətin müxtəlif təbəqələrində təmsil olunan şəxslər tərəfindən açıq bir dillə təndiq olundu. 

Son olaraq ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin tərkibinə verildi, onun işinin təşkili BŞİH həvalə edildi. 

Bəs, son 7 ildə BNA qarşıya qoyulan vəzifələrin öhdəsindən niyə gələ bilmədi? Buna səbəb nə idi?



BNA-nın fəaliyyətində çox ciddi qüsurların olduğunu Milli Məclisdəki çıxışlarında ifadə edən Rüfət Quliyev AZXEBER.COM-a açıqlamasında deyib ki, BNA uğursuz qurum kimi tarixə düşüb: 

"Bu qurumun tarixinin analizi onu göstərir ki, həqiqətən də qurum tapşırılmış vəzifələri icra edə bilmədi. Deyə bilmərəm, neçə faizlik icra olundu, neçə faizlik olunmadı. Amma əsla bir konsepsiya kimi dövlətə və cəmiyyətə təqdim olunmadı. Möhtərəm Cənab Prezidentin bu addımı onu göstərir ki, hər bir məmur çalışıb işini vaxtında, tez, keyfiyyətli və yüksək standartlarla görməlidir. Bu, birmənalıdır. Burada başlıca problem BNA-nın vətəndaşlarla işi əvvəldən düzgün qura bilməməsi idi. Cərimədən öncə insanlarla maarifləndirici layihələr həyata keçirmək lazım idi".

Deputat parklanma yerləri olmadığı halda ancaq cərimələrin tədbiq edilməsinin cəmiyyətdə ciddi narazılığa səbəb olduğunu deyib. O, BNA-nın son yeddi ildə bir dənə də olsun köklü yeniliyə imza atmadığını əlavə edib:

"Mən bunu həmişə demişəm ki, cərimələrlə problem həll olunmur. İlk növbədə dövlət qurumu tərəfindən yeni təfəkkürlü bir baxış, ideya, mexanizm yaradılmalıdır. O mexanizm sonda həyata keçirilənə qədər yenə də cəmiyyətin, yəni Bakı sakinlərinin və qonaqların işinə də maneə olmamalıdır. Hamımız bilirik ki, Bakıda böyük tıxac problemi yaşanır. Bunun bir neçə səbəbi var. Dövlət hərtərəfli çalışır ki, yolları geniş etsin, yeni üsullar həyata keçirilsin. Amma biz gözləyirdik ki, Bakı şəhəri intelektual idarəetmə üsulu ilə inkişaf edəcək. Bu, həm sərnişinlərə, həm sürücülərə, həm də piyadalar aiddir. Əfasuslar olsun ki, bu 6 il yarımda bir yenilik yarana bilmədi. Tıxac problemi olduğu kimi qaldı. Cərimələrin artırılması da, gözlənildiyi kimi problemləri həll etmədi".

BNA-nın BŞİH-nin tərkibinə verilməsinə münasibət bildirərkən deputat Fazil Mustafa AZXEBER.COM-a qeyd edib ki, sağlam tənqidin faydası oldu:



"Bakı Nəqliyyat Agentliyi Prezidentin fərmanı ilə Bakı şəhər İcra hakimiyyətinın tabeliyinə verildi. Neçə ildir, bu qurumun mənasız fəaliyyətini gündəmə gətirirdim. Son çıxışım da bir həftə öncə olmuşdu. Demək ki, sağlam tənqidin faydası olur”.

AZXEBER.COM-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov açıqlamasında məsələyə münasibət bildirib. O, BNA-nın əvvəldən düzgün istiqamət götürmədiyini deyib:



"BNA-nın üzərinə götürdüyü öhdəlikləri həll edə bilməməsinin müxtəlif səbəbləri var. Yanaşmaların düzgün olmaması, hədəflərin düzgün istiqamətdə olmaması, müxətlif dövlət qurumları ilə koordinasiyalı əlaqələrin olmaması kimi səbəbləri göstərmək olar. Son üç ildə dayanma-durma ilə ağlı cərimələrin təşkilinə xüsusi diqqət göstərildi. Təbii ki, o da çıxış yolu deyildi. Bu cür ümumi yanlışlıqlar bu problemlərə səbəb oldu. O ki qaldı, BNA-nın BŞİH-nin tabeliyinə verilməsinə, bundan sonra nələrin dəyişəcəyini dəqiq demək bir az çətindir. Çünki BŞİH də indiyədək nəqliyyat infrastrukturu ilə bağlı hansısa parlaq layihənin müəllifi olmayıb. Hər şey bərbad olacaq və ya hər şey çox yaxşı olacaq demək düzgün deyil. Bu səbəbdən gözləmək lazımdır”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək