Sosial CV bazası adlı internet saytı yaradılıb

GƏNCLİK
14:06 08.04.2014
2368
Azərbayran Gənclər fondunun maliyyə dəstəyi ilə reallaşan Sosial CV bazası adlı internet saytı (www.socialcv.az) yaradılmışdır. 
Azərbayran Gənclər fondunun maliyyə dəstəyi ilə reallaşan Sosial CV bazası adlı internet saytı(www.socialcv.az) yaradılmışdır. Layihənin məqsədi AZərbaycanda fəaliyyət göstərən qeyri hökümət təşkilatları, eyni zamanda könüllülərin iştirakı ilə reallaşan layihələr həyata keçirən kommersiya təşkilatlarının və könüllü olaraq fəaliyyət göstərən gənclərin qeydiyyatdan keçdiyi vahid informasiya bazası yaratmaqdır.
Təşkilatlar rəsmi profilləri vasitəsilə  həyata keçirdikləri layihələri sistemdə qeydiyyatdan keçirir. Daha sonra layihənin təşkilatçısı və eləcə də iştirakçısı olan gənclərin profillərini  layihənin səhifəsində qeyd edir. Bu zaman həmin layihələr könüllülərin CV-sində qeyd olunur. Beləliklə könüllülərin fəaliyyət gostərdiyi bütün layihələr onların CV-sində rəsmi olaraq  əks olunur ki, bu da onların təşkilatlar tərəfindən rəsmən təcrübəsini təsdiqləyir. Sistemdə eyni zamanda layihələrdə fəaliyyət göstərən gənclərə təşkilat rəhbərləri tərəfindən rekomendasiyaların verilməsi nəzərdə tutulmuşdur.

OXŞAR XƏBƏRLƏR