Özlərini cinsi azlıq kimi təqdim edib, 20 nəfəri videoya çəkdilər - VİDEO

Özlərini cinsi azlıq kimi təqdim edib, 20 nəfəri videoya çəkdilər - VİDEO
KRİMİNAL
16:08 06.12.2021
6003
Noyabrın 26-da Bakıda ali təhsil alan xarici ölkələrdən birinin vətəndaşı polisə müraciət edərək bildirib ki, sosial şəbəkələrdə tanış olduğu bir nəfər onu Yasamal rayonunda yerləşən "Qanlıgöl” adlanan əraziyə çağırıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, orada olan yarımtikilidə tanımadığı dörd nəfər ona qarşı fiziki zor tətbiq etməklə bir ədəd dəyəri 1 500 manat olan mobil telefonunu və 100 manat pulunu ələ keçiriblər.

Həmin şəxslər daha sonra zərərçəkənin şəxsiyyətini alçaldan hərəkətlər edərək onu mobil telefon vasitəsi ilə lentə alıb polisə bu barədə şikayət edəcəyi təqdirdə həmin görüntüləri sosial şəbəkələrdə yayacaqları ilə hədələyiblər. Yasamal Rayon Polis İdarəsi və 28-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən dəstənin rəhbəri Sadiq Ovçiyev, Ağababa Musayev, Elnur Vəliyev, Nihat Rəhimli, Sübhan Xanlarov və Aqşin Məmmədov saxlanılaraq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər eyni üsulla, yəni sosial şəbəkələrdə tanış olub görüşmək adı altında müxtəlif vaxtlarda daha 12 nəfəri "Qanlıgöl” adlanan əraziyə çağırıb onlara qarşı da quldurluq ediblər. Dəstə üzvləri həmin zərərçəkənlərin də şəxsiyyətlərini alçaldan hərəkətlər edərək mobil telefon vasitəsi ilə çəkiblər. Onların mobil telefonlarına baxış zamanı müxtəlif şəxslərə qarşı etdikləri hərəkətlər və hədə-qorxu videoları aşkar edilərək götürülüb.

Qeyd olunan faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin əməllərindən zərərçəkən və hələ də polisə şikayət etməyən vətəndaşlar varsa, bu barədə Yasamal Rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına, həmçinin "102” Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına məlumat verə bilərlər.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib - Foto
15:41 08.11.2026
Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib - Foto
Gürcüstan ən çox hansı ölkələrin vətəndaşlarını deportasiya edib? - Siyahıda Azərbaycan da var
15:29 08.11.2026
Gürcüstan ən çox hansı ölkələrin vətəndaşlarını deportasiya edib? - Siyahıda Azərbaycan da var
İspaniyada hərbi təlim zamanı əsgər ölüb
15:25 08.11.2026
İspaniyada hərbi təlim zamanı əsgər ölüb
Prezident Ərdoğanın Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib
15:19 08.11.2026
Prezident Ərdoğanın Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib
Güclü küləkdə bayrağı xilas etmək istədi - Video
15:10 08.11.2026
Güclü küləkdə bayrağı xilas etmək istədi - Video
İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı qarşılamasına dair videoçarx
15:09 08.11.2026
İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı qarşılamasına dair videoçarx
Türkiyə Prezidenti Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
15:03 08.11.2026
Türkiyə Prezidenti Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü keçirilir
15:01 08.11.2026
Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü keçirilir
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - VİDEO
14:54 08.11.2026
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - VİDEO
Şuşada liderlərin təkbətək görüşü keçirilir
14:53 08.11.2026
Şuşada liderlərin təkbətək görüşü keçirilir
“Gözəl şeylər hiss edirik, hava da gözəldir” - Ərdoğan
14:45 08.11.2026
“Gözəl şeylər hiss edirik, hava da gözəldir” - Ərdoğan
“Qarabağ Azərbaycandır və nida” bəyanatının nida işarəsi Xankəndidə qoyuldu”
14:33 08.11.2026
“Qarabağ Azərbaycandır və nida” bəyanatının nida işarəsi Xankəndidə qoyuldu”
Şəmkirdə yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb
14:30 08.11.2026
Şəmkirdə yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb
Azərbaycan əsilli boksçu tərəfdarların hücumuna məruz qaldı
14:27 08.11.2026
Azərbaycan əsilli boksçu tərəfdarların hücumuna məruz qaldı
"Fənərbağça" müvəqqəti baş məşqçisi ilə bağlı qərarını verdi
14:19 08.11.2026
"Fənərbağça" müvəqqəti baş məşqçisi ilə bağlı qərarını verdi
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:13 08.11.2026
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb