İnternet və sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.
O qədər ayrılımaz bir parçaya çevrilib ki, bizi həyatdan, sevdiklərimizdən, cəmiyyətdən, hər şeydən ayırıb və təcrid edib.İnternet və sosial şəbəkələr gözümüzü bağlayıb, ətrafa olan duyarlılığımızı azaldıb.Artıq sevincimizi, kədərimizi dostlarımızla deyil, interenlə tanımadığımız virtual insanlarla bölüşürük.Artıq uşaqlar küçələrdə oyun oynayarkən görünmür. Bütün günlərini kompyuter, telefon qarşısında keçirərək robot kimi böyüyürlər.Hələ özümüzün hiss etmədiyimiz daha böyük problemlərə yol açır. Amma ümumilikdə belə ifadə demək daha doğru olar: “Ağıllı telefonlar, smartfonlar, kompyuterlər, ağlı əlindən alınmış insanlar”.Çünki insan özü kəşf etdiyi və onu ağıllı adlandırdığı texnologiyanın əsirinə çevrilib.Aşağıda paylaşdığımız videoda bir gənc bu barədə daha geniş danışır. İzləməyə dəvət edirik: