Almatıda keçirilən II Qazaxıstan Beynəlxalq Sağlamlıq Turizmi Sərgisində Azərbaycan geniş tərkibdə təmsil olunub
Almatı şəhərində 17–18 aprel tarixlərində təşkil olunan ALZ II Qazaxıstan Beynəlxalq Sağlamlıq Turizmi Sərgisində Azərbaycan geniş nümayəndə heyəti ilə iştirak edib. Sərgidə ölkəmizi Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA), Özəl Tibb Müəssisələri Assosiasiyası (ÖTMA), AzHealth rəqəmsal sağlamlıq turizmi şirkəti, Referans Medical Group, Bioloji Təbabət Klinikası, eləcə ...