“Sovetski” sakinlərinə bildirişlərin göndərilməsi başa çatır

“Sovetski” sakinlərinə bildirişlərin göndərilməsi başa çatır
Bütün Xəbərlər
14:58 20.11.2015
1097
“Torpaq məcburi qaydada kompensasiya ödənilməklə dövlət tərəfindən alınacaq”.
Nazirlər Kabinetinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” qərarı ilə əlaqədar Bakının “Sovetski” məhəlləsinin sakinlərinə bildirişlərin göndərilməsi prosesi başa çatır.
AZXEBER.COM  xəbər verir ki, APA-nın məlumatına görə, bildirişlər Bakı şəhərinin Yasamal rayonu ərazisində Nəriman Nərimanov prospekti ilə Abdulla Şaiq, Lev Tolstoy, Əlibəy Hüseynzadə küçələri və Azərbaycan prospekti ilə Abdulla Şaiq, Çingiz Mustafayev və Süleyman Rəhimov küçələri arasındakı ərazidə 730, Nabat Aşurbəyova, Mirzə Fətəli Axundov, Çingiz Mustafayev və Bəşir Səfəroğlu küçələri arasındakı ərazidə 175, Cəfər Cabbarlı küçəsi ilə Balababa Məcidov küçəsinin kəsişməsindən Nəriman Nərimanov prospektinə qədər olan ərazidə 70 və Balababa Məcidov küçəsi ilə Nabat Aşurbəyova küçəsinin kəsişməsindən Süleyman Rəhimov küçəsinə qədər olan ərazidə 118 - ümumilikdə 1093 yaşayış və qeyri-yaşayış obyekti ilə əlaqədar göndərilib.
İşçi Qrupu adından göndərilən bildirişdə xəbərdarlıq edilir ki, torpağın dövlət ehtiyacı üçün alınması haqqında qanunun 4-cü bəndinin birinci maddəsinə əsasən, sakinlərə məxsus daşınmaz əmlak razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə məhkəmə qərarı ilə məcburi qaydada kompensasiya ödənilməklə dövlət tərəfindən alınacaq.
Bildirişdə qeyd edilir ki, Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar dövlət əhəmiyyətli yolların və kommunikasiya xətlərinin çəkilməsi məqsədilə vətəndaşa məxsus olan daşınmaz əmlakın Nazirlər Kabinetinin 11 noyabr 2015-ci il tarixli 358 nömrəli qərarına uyğun olaraq dövlət ehtiyacı üçün alınması Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək.
Bununla əlaqədar sakindən müvafiq sənədləri daşınmaz əmlakın dövlət ehtiyacı üçün alınması məqsədi ilə təşkil edilmiş İşçi Qrupuna qısa müddətdə təqdim etmək xahiş olunur.
İşçi Qrupu adından göndərilən bildirişdə xəbərdarlıq edilir ki, torpağın dövlət ehtiyacı üçün alınması haqqında qanunun 4-cü bəndinin birinci maddəsinə əsasən, sakinlərə məxsus daşınmaz əmlak razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə məhkəmə qərarı ilə məcburi qaydada kompensasiya ödənilməklə dövlət tərəfindən alınacaq.
Qeyd edək ki, layihəyə əsasən Azərbaycan Milli Dram Teatrından Nəriman Nərimanov prospektinədək, “Nizami” metrostansiyasının yaxınlığındakı A. Məcidov küçəsi boyunca Nəriman Nərimanov prospektinədək, həmçinin Nabat Aşurbəyova, keçmiş Mustafa Sübhi küçəsi boyunca Təzəpir məscidinə qədər geniş yol qovşaqlarının və kommunikasiya xətlərinin tikintisi nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: Rusiya-Ukrayna müharibəsi tezliklə bitməyəcək
23:24 23.09.2025
Tramp: Rusiya-Ukrayna müharibəsi tezliklə bitməyəcək
"Qızıl top"u 30 ildən sonra ilk dəfə qaradərili futbolçu qazanıb
23:17 23.09.2025
"Qızıl top"u 30 ildən sonra ilk dəfə qaradərili futbolçu qazanıb
İlham Əliyev BMT Baş Assambleyanın 80-ci sessiyasında iştirakı ilə bağlı paylaşım edib
22:52 23.09.2025
İlham Əliyev BMT Baş Assambleyanın 80-ci sessiyasında iştirakı ilə bağlı paylaşım edib
Azərbaycan Prezidenti BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Aleksandr Stubb ilə görüşüb  - FOTOLAR
22:34 23.09.2025
Azərbaycan Prezidenti BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Aleksandr Stubb ilə görüşüb - FOTOLAR
Lənkəranda 10 nömrəli məktəb ilə bağlı məsələyə aydınlıq gətirilib
22:24 23.09.2025
Lənkəranda 10 nömrəli məktəb ilə bağlı məsələyə aydınlıq gətirilib
Tramp zelenski ilə görüşüb
22:10 23.09.2025
Tramp zelenski ilə görüşüb
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Keniya Prezidenti ilə görüşüb
22:05 23.09.2025
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Keniya Prezidenti ilə görüşüb
Əfqanıstan: Baqram bazasını ABŞ-a geri verməyəcəyik
21:50 23.09.2025
Əfqanıstan: Baqram bazasını ABŞ-a geri verməyəcəyik
Ərdoğan Nyu-Yorkda BMT Baş katibi ilə görüşüb
21:41 23.09.2025
Ərdoğan Nyu-Yorkda BMT Baş katibi ilə görüşüb
BMT Baş Assambleyası çərçivəsində Fransanın Dənizaşırı ərazilərinə dair beynəlxalq konfrans keçiriləcək
21:36 23.09.2025
BMT Baş Assambleyası çərçivəsində Fransanın Dənizaşırı ərazilərinə dair beynəlxalq konfrans keçiriləcək
Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşüb
21:33 23.09.2025
Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşüb
Tramp Avropa ölkələrini miqrasiya probleminə görə tənqid edib
21:23 23.09.2025
Tramp Avropa ölkələrini miqrasiya probleminə görə tənqid edib
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstanın Baş naziri ilə görüşüb
21:08 23.09.2025
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstanın Baş naziri ilə görüşüb
Prezident və birinci xanım BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər
21:01 23.09.2025
Prezident və birinci xanım BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Prezidenti ilə görüşüb
20:52 23.09.2025
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Prezidenti ilə görüşüb
Serbiya Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
20:48 23.09.2025
Serbiya Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib