Sovetski sakinlərinin aksiyası başa çatdı - YENİLƏNİB - FOTO - VİDEO

Sovetski sakinlərinin aksiyası başa çatdı - YENİLƏNİB - FOTO - VİDEO
Bütün Xəbərlər
15:00 16.02.2014
5853
15:00
Təşkilat Komitəsi yaradılacağı təklifindən sonra aksiyaçılar dağılışmağa başlayıb. Bir saat davam edən aksiya sona çatıb14:25 Yasamal rayon icra hakimiyyətinin başçısının müavini Səməd İslamov aksiya iştirakçılarının önündə çıxış edib. AZXEBER.COM-un məlumatına görə, o vəd verib ki, heç kimin evi öz razılığı olmadan sökülməyəcək. Bu sözlər aksiya iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Etiraz edənlər əllərində Azərbaycan bayraqları və prezident İlham Əliyevin şəkillərini tutub. Onlar deyir ki, dövlətçiliyə və prezidentə qarşı çıxmırlar, onların etirazı məmur özbaşınalığınadır.14:00Evlərinin sökülməsi üçün nəzərdə tutulan kompensasiyanın azlığından şikayət edən Sovetsk sakinlərinin etiraz aksiyası başlayıb.ANS PRESS-in müxbirinin hadisə yerindən verdiyi məlumata görə, bu dəqiqələrdə Bakıdakı 173 saylı məktəbin qarşısına 500-ə yaxın adam yığılıb. Onlar şəhər və rayon rəsmiləri ilə görüş tələb edirlər. Hadisə yerinə jəlb olunmuş polis əməkdaşları etiraz aksiyasını təhlükəsizlik normalarından kənara çıxmasına mane olurlar.Sakinlər ərazinin millət vəkili Abel Məhərrəmovla görüş tələb edirlər ki, dinc etirazları parlamentdə müzakirə edilsin. Sakinlər söküləcək mənzillərin kvadrat metri üçün nəzərdə tutulan 1500 manatı az sayırlar.
OXŞAR XƏBƏRLƏR