“Sovetski”də dəhşətli qətl: 18 yaşlı oğlan 42 yaşlı kişini öldürdü
Bütün Xəbərlər
23:02 04.11.2011
2025
Bu gün saat 17 radələrində Bakıda dəhşətli qətl hadisəsi törədilib. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, “Sovetski” adlanan ərazidə, Vidadi küçəsində naməlum şəxs bıçaqlanaraq qətlə yetirilib. Lent.az-ın əldə etdiyi digər məlumata görə, öldürülən şəxs Dadaşov Fərəc Rafail oğludur. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının nümayəndələri çalışır. Yasamal rayon Prokurorunun köməkçisi Fəridə Bəhramovanın Lent.az-a verdiyi məlumata görə, hadisəni 18 yaşlı Şıxalıyev Əhmədağa Samir oğlu törədib. Məlumata görə, o, Vidadi küçəsi 33 ünvanında şəxsi qərəz zəminində 1969-cu il təvəllüdlü Dadaşov Fərəc Rəfail oğluna bıçaqla bir neçə zərbə endirib. İkinci xəstəxanaya aparılarkən ölüb.