Bakıda söküntü ərazisindən meyit tapılıb.
Hadisə sentyabrın 13-ü saat 17 radələrində Ş.Rəhimov küçəsi 43-də baş verib.
"Sovetski”də sökülən binanın qalıqları arasından üzərində zorakılıq əlamətləri görünməyən 40-45 yaşlı kişi meyiti aşkar edilib.
Həmin şəxsin evsiz olduğu və tüfeyli həyat tərzi sürdüyü bildirilib.
Araşdırma aparılır.








































