Şoyqu son üç ayda üçüncü dəfə Şimali Koreyaya səfər edib

Şoyqu son üç ayda üçüncü dəfə Şimali Koreyaya səfər edib
DÜNYA
10:08 17.06.2025
210
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu prezident Vladimir Putinin tapşırığı ilə Pxenyana səfər edib.

Şoyqu Şimali Koreya lideri Kim Çen Inla görüşəcək.

Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatın görə, Şoyqu iyunun 4-də baş tutan əvvəlki səfəri zamanı əldə olunmuş razılaşmalar çərçivəsində Şimali Koreya rəhbərliyi ilə müzakirə aparacaq. Bu razılaşmalar Rusiya ilə KXDR arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqaviləyə uyğun olaraq həyata keçirilir.

Qeyd edək ki, bu, artıq Rusiya Təhlükəsizlik Şurası katibinin son üç ayda Şimali Koreyaya üçüncü səfəridir.
 
/APA

OXŞAR XƏBƏRLƏR