Space-nin aparıcısı: "Öz həmkarlarına bu cür yanaşmaq ANS-çilərin çoxdankı adətidir"

Space-nin aparıcısı: "Öz həmkarlarına bu cür yanaşmaq ANS-çilərin çoxdankı adətidir"
MEDİA
13:40 21.07.2014
6185
"Ləman Əliəşrəfqızı mənim kimi aparıcı olmaq üçün 20 il öncəyə qayıtmalıdır. 
O jurnalistlərin ki, əllərindən telefon alınıb, işə buraxılır, onlardan peşəkarlıq və səmimiyyət gözləməyə dəyməz. O tipik ANS-çidir və öz həmkarlarına bu cür yanaşmaq onların çoxdankı adətidir. Ona görə də həmin şəxsə cavab verməyi özümə sığışdırmıram". Bu sözləri AZXEBER.COM-a açıqlamasında Space TV-nin aparıcısı Elvin Basqallı deyib. 
Ləman Əliəşrəfqızı "facebook" statusunda Elvin Basqallı haqda bu sözləri yazıb: "Allahım, bu jurnalistikada nə sifətlər gördük! Varlığı 5 qəpik olmayanlar başqasına dərs keçir, bu gün efirdədir deyə yadda qalanlar, jurnalistika tarixində qalacaqlarına ümid edirlər!

Çaşma bala, çaşma! Get, əvvəlcə, ləhcəni düzəlt. Sonra yadına sal ki, bir vaxtlar işə düzəlmək üçün gəlib qapısında yalvardağın teleşirkətin, ananın əlinə telefon dəstəyi verib xahiş etdirdiyin jurnalistin üzünə ağ olursan! Azdırsa, yenə də sadalaya bilərəm”

Teleaparıcı həmçinin yazıb ki, o adamların yemək yediyi boşqaba tüpürdüklərini həzm edə bilmir. 

Şahidə Tapdıq

OXŞAR XƏBƏRLƏR