Space TV-də yayımlanan "Üz-üzə" verilişinin ilk buraxılışı qalmaqallı olub.
AZXEBER.COM xəbər verir ki, verilişin ilk mövzusu “Azərbaycan oxucusu niyə kitab oxumur? Günahkar yazardır yoxsa oxucu? Kitaba maraq niyə azdır?” mövzusunda olub.
Verilişdə Ali və Nino kitab evinin rəhbəri Nigar Köçərliylə, gənc yazar Aqşin Yenisey "Üz-üzə" gəlib.
Yazarlar Şərif Ağayar, Əsəd Qaraqaplan, Qaraqan, Şahbaz Xuduoğlu və jurnalist Hacıbəy Heydərli ekspert kimi çıxış edib.
Aparıcısı Azadə Balayeva olan verlişin müzakirə-debat formasındadır.
Veriliş hər həftənin cümə günü axşam saat 23:00 da Space TV-də yayımlanır.
AZXEBER.COM verilişdən bir parçanı təqdim edir:











































