“Space” telekanalında operatorların kütləvi istefası başlayıb.
Publika.Az xəbər verir ki, işıqçılar və texniki heyətin rəhbər işçiləri də bu aksiyaya qoşulub. Təxminən 20 nəfər istefa ərizələrini telekanala təqdim edib.
İstefaların əsas səbəbi isə televiziyanın rəhbəri, tanınmış rejissor Vaqif Mustafayevlə əlaqədardır. Hazırda Vaqif Mustafayev bununla bağlı müavinləri ilə iclas keçirir.