‘Space’lə bağlı şok iddia: ‘İşdəki kompüterlər qırıq-qırıqdı’

‘Space’lə bağlı şok iddia:  ‘İşdəki kompüterlər qırıq-qırıqdı’
MEDIA
14:16 10.07.2013
4617

“Sujetin çəkilməyinə əsas səbəb gözdən pərdə asmaqdır”.

“Space” televiziyası ilə bağlı redaksiyamıza bəzi məlumatlar daxil olub. Adının açıqlanmasını istəməyən telekanal işçilərindən birinin AZXEBER.COM-a verdiyi məlumata görə, hazırda "Space"də vəziyyət gərgin olaraq qalır. Onun sözlərinə görə, kanal rəhbərliyi işçilərin iştirakı ilə yeni sujet hazırlayır. Bu sujetdə hamı öz işindən razılıq etməyə məcbur edilib:

“Ümumiyyətlə burada hər kəs maaşlarından narazıdır. Çünki 200 manat əməkhaqqı ilə heç kim razılaşa bilməz. Amma işimizdən razı olmağımızı təsdiq etmək üçün iş zamanı sujet hazırlayırlar ki, iş gedir və hər şey superdir. Hazırda bu sujetin çəkilişləri başlanılıb və yeni sezonda tamaşaçılara təqdim olunacaq. Əslində isə maddi-texniki baza çox zəifdir. Kompüterlərin əksəriyyəti iş üçün yararsızdır və demək olar ki, qırıq-qırıqdır. Kameralar və ştativlər isə pis gündədir. Buradakı işçilərin heç biri normal şəraitdə işləmir. Sujetin isə çəkilməyinə əsas səbəb gözdən pərdə asmaqdır”.

Adının açıqlanmasını istəməyən mənbə son günlər mətbuatda yayımlanan xəbərlərin doğru olduğunu söyləyib. Belə ki, “Space TV-nin "Hər səhər" proqramının aparıcısı, tanınmış aktyor, əməkdar artist Əkbər Əlizadənin ötən gün canlı yayımda işdən ayrılacağını elan etməsi böyük səs-küyə səbəb olmuşdu.

Mənbənin sözlərinə görə, Ə.Əlizadənin bu addımı çoxlarında stimul yaradıb:

“O ki qaldı Əkbər Əlizadənin işdən ayrılmasına, onun haqqında yazılan xəbərlərin hamısı doğrudur”.

AZXEBER.COM portalı olaraq sözügedən iddialarla bağlı “Space” televiziyası ilə əlaqə saxlamağa çalışsaq da, bütün cəhdlərimiz nəticəsiz qaldı.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ağstafada qaz olmayacaq
22:36 25.06.2026
Ağstafada qaz olmayacaq
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
22:23 25.06.2026
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
22:20 25.06.2026
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
22:13 25.06.2026
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
22:07 25.06.2026
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ
20:50 25.06.2026
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ