“Space” Tv-nin efirində yayımlanan “Sizinləyəm” verilişində xınayaxdı mərasimi keçirilib.
AZXEBER.COM-un məlumatına görə, verilişdə iştirak edən məşhurlarla bir yerdə keçirilən xınayaxdı mərasimində maraqlı anlar yaşanıb. Belə ki, ötəngünkü buraxılışda qız istəmə mərasiminin davamı reallaşdırıb.
Bu gün müğənni Nadir Qafarzadənin də iştirak etdiyi verilişdə oğlan evinin yaxınları xonçalarla studiyaya daxil olublar. Daha sonra aparıcı Xəyalə də daxil olmaqla özlərinə xına yaxıblar.
Qeyd edək ki, veriliş həftə içi hər gün saat 14:30-da “Space” Tv-nin efirində yayımlanır.