Spiegel: Almaniya Ukrayna münaqişəsinin Baltik dənizinə yayılmasından narahatdır

Spiegel: Almaniya Ukrayna münaqişəsinin Baltik dənizinə yayılmasından narahatdır
DÜNYA
03:36 29.11.2026
65
Almaniya rəhbərliyi Ukrayna münaqişəsinin Baltik dənizinə yayılmasından narahatdır.

Bu barədə Almaniyanın "Der Spiegel” nəşri məlumat yayıb.

Nəşrin mənbələri hərbi əməliyyatların coğrafiyasının genişlənməsinin ciddi nəticələrə səbəb ola biləcəyini bildiriblər.

"Hərbi əməliyyatlar zonasının Baltik dənizinə qədər genişlənməsi münaqişənin eskalasiyası baxımından proqnozlaşdırılması mümkün olmayan risklər yaradır”, – deyə mənbələr vurğulayıblar.
 
//apa.az
OXŞAR XƏBƏRLƏR