Belarusun ən titullu klubu aşağı liqaya düşdü

Belarusun ən titullu klubu aşağı liqaya düşdü
İDMAN
02:10 29.11.2026
49
Belarusun ən titullu klubu BATE tarixində ilk dəfə ölkə çempionatının yüksək liqasını tərk edib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, Borisov klubu son turda "İsloç" ilə xalları bölüb (1:1) və 2026-cı il mövsümünü 15-ci yerdə bitirib.

BATE 5 qələbə, 10 heç-heçə və 15 məğlubiyyətlə əsas liqadan uzaqlaşıb.

Komanda tarixi ərzində 29 kubok qazanıb. 2006-2018-ci illərdə ardıcıl 13 çempionluq əldə edib və bu göstəriciyə görə ölkədə rekorda sahibdir (15).

Klub 6 dəfə ölkə kubokunu, 8 dəfə Belarus Super kubokunu qazanıb.
OXŞAR XƏBƏRLƏR