Spirtli içkilərin kartla satışı ölkə iqtisadiyyatına nə verəcək?

Spirtli içkilərin kartla satışı ölkə iqtisadiyyatına nə verəcək?
Bütün Xəbərlər
19:22 04.01.2016
1949

“Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları” haqqında qanunun qüvvəyə minməsi ilə bu ilin 1 yanvar tarixindən etibarən Azərbaycanda spirtli içkilər nağd pulla satılmır.

Mağazaları gəzdiyimiz zaman şahidi olduq ki, həqiqətən də paytaxtda yerləşən iri ticarət mərkəzində kartsız spirtli içkiləri almaq mümkün deyil. Mağaza sahibləri bu haldan məmnundurlar. Onlar söhbət zamanı bildirdilər ki, bu yolla azyaşlıların spirtli içki almalarının qarşısı alınacaq. Lakin alıcılar isə hesab edirlər ki, bu, onların istehlakçı hüquqlarının pozulmasıdır.

Bəs, bunun ölkə iqtisadiyyatına nə kimi xeyiri var?

Məsələ ilə bağlı musavat.com-a danışan iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, dünya ölkələrində belə bir təcrübə mövcud deyil: “Öncə onu qeyd edək ki, dünya praktikasında xüsusi növ məhsulların kartla satılması təcrübəsi yoxdur. Sadəcə olaraq, bəzi inkişaf etmiş ölkələrdə spirtli içkilərin xüsusi mağazalarda satılması təcrübəsindən istifadə olunur. Mağazalar olur ki, orada spirtli içkilər və tütün məhsulları satılır. Ancaq təbii ki, yaş limiti də burada öz rolunu oynayır. Misal üçün ABŞ-da bu limit 18 yaşdır, bəzi ölkələrdə isə yaşı 21-dən az olan vətəndaşlara spirtli içkilər satılmır. Buradan deyə bilərik ki, Azərbaycanda tətbiq edilən yeni mexanizimlər inkişaf etmiş ölkələrdə tətbiq edilmir. Lakin Azərbaycanda bu təcrübənin tətbiq edilməsində əsas məqsəd spirtli içkilər və tütün məmulatlarının satışında vergidən yayınmaların qarşısını almaqdır”.

Ekspert bildirib ki, spirtli içkilərin satışı üzrə vergidən yayınma kifayət qədər yüksək idi: “Spirtli içkilərin və tütün məmulatlarının bir qismi qeyri-leqal şəkildə ölkəyə daxil edilirdi. Belə olduğu üçün bu hal, onların vergiyə cəlb edilməsinə imkan vermirdi. Spirtli içkilərin və eləcə də tütün məmulatlarının plastik kartlar vasitəsi ilə satılması imkan verəcək ki, həmin dövriyyəni idarə etmək mümkün olsun. Bu, həm vergidən yayınmanın, həm də aksizi olmayan markaların bazara çıxarılmasının qarşısını alacaq. Əslində bu, müsbət haldır. Eyni zamanda idxalda tam leqallaşmanın həyata keçirilməsinə ehtiyac var. Bəhs etdiyimiz məhsullar tamamilə leqal formada ölkəyə daxil olduqdan sonra onların pərakəndə satış mağazalarına verilməsində sənədləşmələr qaydasında olacaq. Bu da imkan verəcək ki, plastik kartları tətbiq etməklə, satışı tam şəkildə icra etmək mümkün olsun”.

İstehlakçı hüquqlarının pozulması barəsində isə V.Bayramov aşağıdakıları bildirib: “Sözsüz ki, bu praktikanın tətbiq edilməsi vətəndaşlara çətinliklər yaradır və yaradacaq. Çünki spirtli içkilərdən istifadə edənlərin bir qismi yaşlı nəsildir ki, onların da plastik kartları yoxdur. Cərimələr də yüksək olduğu üçün mağazaların böyük bir qismi nağd şəkildə bu məhsulların satışını həyata keçirməyə ehtiyatlanır. Bu baxımdan, deyə bilər ki, bu praktikanın tətbiqi vergidən yayınmanın qarşısını almaqla yanaşı, xüsusilə də yaşlı nəslin spirtli içki almasına da çətinlik yaradacaq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı