ÜST-dən xəbərdarlıq - Qəzzada 71 minə yaxın uşaq kəskin qida çatışmazlığı riski altındadır

ÜST-dən xəbərdarlıq - Qəzzada 71 minə yaxın uşaq kəskin qida çatışmazlığı riski altındadır
DÜNYA
16:05 13.05.2025
429
Ümumdünya Səhiyyə Təşkilatının Fələstindəki nümayəndəsi Rik Peeperkorn, martın 2-dən bu yana Qəzzaya edilən yardımların qarşısının alınması səbəbindən 57 uşağın qida çatışmazlığından həyatını itirdiyini və vəziyyətin belə davam edəcəyi təqdirdə qarşıdakı 11 ayda 71 min uşağın kəskin qida çatışmazlığı riski ilə üzləşdiyini bildirib.
 
AZXEBER.COM xarici mıtbuata istinadən xəbər verir ki, Peeperkorn öz qiymətləndirmələrini Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransında onlayn olaraq iştirak edərək edib.

İsrailin maneələri səbəbiylə 2 martdan bəri humanitar yardım və tibbi ləvazimatların daxil olmadığı Qəzzada insanların qida çatışmazlığı və xəstəlik spiralında yaşadığını qeyd edən Peeperkorn sözlərinə belə davam edib:

"Səhiyyə xidmətlərinə çıxışın olmaması, aşağı peyvənd əhatəsi və təmiz su və kanalizasiyaya ciddi şəkildə məhdudiyyət qoyulması, uşaqların müdafiəsi ilə bağlı artan narahatlıqlar, xüsusilə də sağ qalmaq üçün təcili müalicəyə ehtiyacı olan kəskin qida çatışmazlığı olan uşaqlar üçün ciddi xəstəlik və ölüm riskini artırır."

Peeperkorn, Qəzza zolağına təcili tibbi yardım qruplarının yerləşdirilməsi tələblərinin rədd edilmə nisbətinin demək olar ki, 50 faizə çatdığını söylədi və əlavə etdi ki, "ÜST-nin Qəzzada ehtiyatları təhlükəli dərəcədə aşağıdır və tezliklə tükənəcək". dedi.

Peeperkorn, Qəzzadan tibbi təxliyənin son dərəcə məhdud və çətin olduğunu bildirərək, hazırda 10,000-dən çox xəstənin Qəzzadan kənarda müalicəyə ehtiyacı olduğunu vurğulayıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR