ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var

ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
DÜNYA
15:35 17.06.2025
441
Qəzza zolağında hazırda yalnız qismən fəaliyyət göstərən 17 xəstəxanada 2 milyonluq əhali üçün cəmi 1500 çarpayı mövcuddur.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin üzrə nümayəndəsi Rik Peeperkorn açıqlama verib.

Peeperkorn qeyd edib ki, qlobal gündəmin İsrailin İrana hücumu ilə başlanan toqquşmalara yönəlməsinə baxmayaraq, Qəzzaya qarşı hücumlar da davam edir. "Səhiyyə sistemi iflas həddindədir. Qəzzadakı 36 xəstəxanadan yalnız 17-si hazırda qismən fəaliyyət göstərir. Bu xəstəxanalarda isə 2 milyonluq əhali üçün cəmi 1500 çarpayı var,” – deyə o vurğulayıb.

O, həmçinin Qəzzanın şimalında yerləşən bütün xəstəxana və səhiyyə mərkəzlərinin fəaliyyətini dayandırdığını bildirib.

Peeperkorn əlavə edib ki, Qəzza ərazisinin 80 faizindən çoxu İsrailin verdiyi "təxliyə əmrləri” altında qalır. Tibb ləvazimatlarının kritik səviyyədə azaldığını bildirən nümayəndə, mövcud ehtiyatların 50 faizindən çoxunun artıq tükəndiyini qeyd edib.

"Qəzzaya 100 gündən artıqdır ki, heç bir yanacaq daxil olmayıb və təxliyə zonalarından ehtiyatları götürmək cəhdləri rədd olunub. Yanacaq çatışmazlığı su və sanitariya xidmətlərinə də mənfi təsir göstərəcək. Bu isə səhiyyə müəssisələrində infeksiyaların qarşısının alınmasına və nəzarətə, həmçinin Qəzzada yayılmış xəstəliklərin daha da pisləşməsinə səbəb olacaq,” – deyə Peeperkorn əlavə edib.

Oksana
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
10:00 09.08.2025
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Azərbaycan nefti cüzi bahalaşıb
09:55 09.08.2025
Azərbaycan nefti cüzi bahalaşıb
TDT Baş katibi Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını dəstəkləyib
09:53 09.08.2025
TDT Baş katibi Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını dəstəkləyib
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
09:52 09.08.2025
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
Nikol Paşinyan: Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh qurublar
09:47 09.08.2025
Nikol Paşinyan: Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh qurublar
“Bu, Cənubi Qafqaza sülh gətirmək üçün tarixi fürsətdir”
09:36 09.08.2025
“Bu, Cənubi Qafqaza sülh gətirmək üçün tarixi fürsətdir”
Qəbələdə yanğın törədən şəxs saxlanılıb
09:33 09.08.2025
Qəbələdə yanğın törədən şəxs saxlanılıb
Almaniya Azərbaycan və Ermənistanı sülh yolunda dəstəkləməyə hazır olduğunu bildirib
09:30 09.08.2025
Almaniya Azərbaycan və Ermənistanı sülh yolunda dəstəkləməyə hazır olduğunu bildirib
Putin Rusiyanın Alyaskaya səfər edən ilk lideri olacaq
09:28 09.08.2025
Putin Rusiyanın Alyaskaya səfər edən ilk lideri olacaq
Kamçatkada 43 yeraltı təkan qeydə alınıb
09:25 09.08.2025
Kamçatkada 43 yeraltı təkan qeydə alınıb
ABŞ-ın Emori Universitetinin ərazisində atışma baş verib, ölənlər var
09:23 09.08.2025
ABŞ-ın Emori Universitetinin ərazisində atışma baş verib, ölənlər var
Səudiyyə Ərəbistanı Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmanı alqışlayıb
09:21 09.08.2025
Səudiyyə Ərəbistanı Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmanı alqışlayıb
Alyaskanın qubernatoru: Tramp-Putin görüşünü keçirməyə hazırıq
09:20 09.08.2025
Alyaskanın qubernatoru: Tramp-Putin görüşünü keçirməyə hazırıq
Sumqayıtda küçədə kişi meyiti aşkarlanıb
09:19 09.08.2025
Sumqayıtda küçədə kişi meyiti aşkarlanıb
Türkiyə XİN başçısı Azərbaycanı Vaşinqtonda əldə olunmuş tarixi nailiyyətlər münasibətilə təbrik edib
09:16 09.08.2025
Türkiyə XİN başçısı Azərbaycanı Vaşinqtonda əldə olunmuş tarixi nailiyyətlər münasibətilə təbrik edib
Türkiyədən Vaşinqton razılaşmasına dəstək: “Tarixi fürsət qaçırılmamalıdır!”
09:12 09.08.2025
Türkiyədən Vaşinqton razılaşmasına dəstək: “Tarixi fürsət qaçırılmamalıdır!”