millət vəkili"Lenin ölməzdir.Stalinin işıqlı ideyaları hər bir sovet adamının qəlbində əbədi yaşayır".Yox,bu SovİKP-nin qurultay stenoqrammasını xatırlatmaq üçün deyil,bir vaxtlar Qafqazın elm məbədi olan Qorinin öz doğma oğluna-Stalinə yenidən əta etdiyi heykələ qiymət verməyimizə gərəkdir!Şəxsiyyətlərin bütöv bir tarixə çevrildiyi 20-ci əsrin siyasi irsi nə qədər inkar olunsa da beyinlərdə yaşayır,rəmzlərlə və simvollarla canlı olduqlarını nümayiş etdirirlər.Budur,Gürcüstanda Stalinin növbəti,artıq 3-cü heykəlini onun ev muzeyi qarşısında bərpa etməyə qərara veriblər.Şəhərin bələdiyyəsi bununla təkcə yaxşı bir turizm brendi qazanmaq niyyətini güdməyib,həmçinin əhalinin dəbdə olan terminlə desək,” sosial sifarişi”ni yerinə yetirib.Növbəti skandal artıq hazırdır.Gürcüstan demokratiyasının kövrək xarakter daşıdığı və Saakaşvilinin sifətində təcalla etmiş yeni cəmiyyət quruculuğu "təhlükə qarşısınndadır".2012-ci ildə “qızılgüllü lider” ona yönələn suallara belə cavab vermişdi:”inanmıram ki,bizdə Stalinin kultu beyinlərdə hələ də yaşasın.Bizdə əqidə azadlığıdır.Kim istəyir özünə tarixdən rəhbər seçə bilər”.Tanış ritorikadır, deyilmi?Halbuki,təkcə sovet adamları deyil,eləcə də yeni nəslin zəkasında tiran və diktatura qurucularının necə simpatik bir şəkildə özünə yer elədiyini hər kəs bilir.Bunu qədiyyən "idealların infeksiyası" kimi qiymətləndirmək olmaz.Belə ki,bütün əsrlər boyu ikili qiymətləndirmə qaniçən rejimlərin xeyrinə işləyib.Bu gün də Lenindən sonra kommunizmi quran və faşizm vəbasını yer üzündən silən bir adamın cəmi bir kitelli,qəlyanlı və cod sifətli obrazı qorxunc gecə yuxuları kimi çoxlarını izləyir.Onun milyonlarla insanı repressiya etməsi imperilializmin təhlükəsi ilə mübarizə kimi təqdim olunur.Bu mənada Stalin hələ yaxşı ki,yalnız heykəllər şəklində qayıdır.Xatırladaq ki,proletariatın dahi rəhbərinin mənəvi haqqı çatırdı ki,1952-ci ildə müharibənin qalibi kimi öz doğma xalqının yanına tunc libasla getsin.Lakin Qorbaşov yenidənqurması dünənin bütün miraslarını səhnədən süpürüb saldı.Əksər sosialist ölkələri ideoloji izmlərdən və onlara sitayişin somvollarından imtina etdilər.Bütün dünyada başına ip keçirilmiş bolşeviklər tarixin dar ağacından beləcə asıldılar.Stalinin indi postuna qaldırdıqları heykəlini də məhz 1989-cu ildə “Tövbə" filminin yaratdığı kütləvi emosiya və gerçəklərin dərki dalğasında taxtından salaraq hələ üstəlik,küçələrdə sürümüşdülər.Lakin nə qədər ki,yer üzünü istər demokratiyanın,istərsə də anarxiyanın qanlı bayrağı idarə edəcək,onda tarix dirçələcək,şeytanlar təzədən ruh alıb həyata qayıdacaqlar!İndi gürcü torpağında start götürən seçkilərə əlavə ajiotaj qatmaq üçün bundan yaxşı fürsət olmaz.Saakaşvili bunu nahaq yerə hazırkı hökumətin üstünə yıxmır.Çünki Baş nazir belə olaylara münasibət bildirəcək halda deyil.O,siyasi texnoloqlarına bundan təbliğat materialı düzəltmək tapşırığını niyə vermədiyini özü yaxşı bilir.İş onda deyil ki,Bidzina iqtidarının idealı elə Stalindir,yaxud dünənə qayıdışdır.Xeyr,gürcü milyarderin hədəfində tamam ayrı məsələlərdir.O,verdiyi vədləri gerçəkləşdirə bilmədikcə cücərən,pöhrələyib xalq içindən boyu gürünən kommunist başçıları deyil,hazırki Prezidentin üsyankar sifətidir.O,bir il əvvəl məğlub olduğu oktyabr günlərindəki kimi zəif və qüruba gedən bir durumda deyil.Cəmi 3 ay sonra gürcü xalqı Stalinlə Bidzinanı deyil,Rusiya ilə Qərbin son savaşında hansı tərəfdə durduğunun seçimini etməli olacaq.İndi isə dünyanı başqa bir təhlükə izləyir.Şəxsiyyətlərin üzrərinə qaldırılan kütlələrin sonrakı xəyal qırıqlığı,ümumilli bədbinlik və kütləvi tələfatlar belə mistik rəhbərlərin ruhunun və cisminin xəyallardan tam silinməsinə imkan vermir.Qoridə 6 metrlik bir ucalıqla göylərə yüksələn Kobanın canlı varisləri məhz belə xalq psixologiyasından doğulurlar!Deyrlər,Stalinin atası çopur və gödək boya malik oğlunun həmyaşıdları içərisində fərqlənməsi üçün özünəməxsus vasitələr fikiləşirmiş.Ailədə qəddar olan ata övladına tikdiyi çəkmələrin dabanını çox yuxarı qoyurmuş ki,gələcək Rəhbərin qəddi və qaməti düz dursun.O vaxtdan tarixdə qorxulu Sapoğa çevrilmiş Stalin müasirləri ilə savaşır,müqayisə olunur və bəraət qazanır.Bax,Tarixin ən zəif yeri budur.Axillesdən fəqli olaraq isə kabusları oxlamaq olmur!