STEM mərkəzi “Gənc Mühəndislər” yay məktəbinə ikinci qəbul elan edir - TƏLƏSİN

GƏNCLİK
15:31 09.08.2016
2713
TEM Bakı mərkəzi 15 avqust - 9 sentyabr tarixlərində keçiriləcək “Gənc Mühəndislər” yay məktəbinin ikinci proqramı üçün qeydiyyatı açıq elan edir. Daha öncə iyun və iyul aylarında baş tutmuş məktəbin birinci proqramında 412 şagird iştirak edib ki, bu da proqrama marağın gözləniləndən daha çox olduğunu sübut edib.Yay məktəbi “Engineering For Kids”(EFK) Amerika təhsil proqramına uyğun təşkil olunur. Cari proqram elm, texnologiya və mühəndislik bacarıqlarının birgə şəkildə əyləncəli və praktiki dərslər vasitəsilə tədrisi ideyasına əsaslanır. Sözügedən metod ayrı-ayrı fənlər üzrə deyil, müxtəlif mövzular (layihələr) vasitəsilə tədrisi nəzərdə tutur. Məhz bu sistem dünyada ən effektiv sayılan Finlandiya təhsilində geniş tətbiq olunur. EFKproqramları praktik məşğələlər vasitəsilə uşaqlara elmi-texniki biliklərin gündəlik həyatda tətbiqini nümayiş etdirir. Gənc mühəndislər raket, avtomobil, körpü, gəmi, təyyarə düzəldərək, robotları proqramlaşdıraraq, elektron oyunları kodlaşdıraraq, öz fabriklərini və loqistik şəbəkələrini yaradaraq mühəndis dizayn prosesləri və layihələrin idarə edilməsi ilə yaxından tanış olurlar. Bununla şagirdlər problemlərin həlli və analitik düşüncə vərdişlərinəyiyələnirlər. EFK proqramlarıhəmçinin fəal kommunikasiya və komanda işi ilə fərqlənir.Proqrama əsasən günün birinci yarısında məktəblilər mühəndis-texnolojilayihələriicra edir, günün ikinci yarısında isə müxtəlif şirkətlərə ziyarət zamanı və ya ustad dərslərində iştirak edərəkreal iş prosesləri ilə tanış olurlar.Bu dəfə proqram çərçivəsində ekskursiyalar zamanı dəniz gəmiçiliyi, ticarət və akva-texnologiyalar, telekommunikasiya, gündəlik istehlak məhsulları, informasiya texnologiyaları, radio və s. sahələr üzrə ixtisaslaşmış dövlət və özəl qurumlara gedilməsi nəzərdə tutulur. Dövrümüzədəkçatmış yaradıcılıq sənətkarlarının texnikaları, ekologiya və ətraf mühitin mühafizəsi, İT sahəsində uşaqlar üçün startap layihələri, aktyorluq məharətlərinin gündəlik həyatda tətbiqi və s. mövzulardapraktik məşğələlər və mühazirələr təşkil olunacaq.Müxtəsər şəkildə STEM yay məktəbi proqramlarının üstünlükləri aşağıdakılardır:1. Fənlər üzrə deyil, inteqrasiya edilmiş şəkildə layihə-mövzular əsasında tədris2. Nəzəriyyənin tətbiqinin əyani nümayişi üçün real obyektlərə ekskursiyalar3. Tənqidi düşüncə və problemlərin həlli vərdişlərinin inkişaf etdirilməsi4. Sertifikatlaşdırılmış beynəlxalq kurrikulum5. Fəal kommunikasiya və komanda işi6. Əyləncə vasitəsilə təlim7. Kreativ layihələr: dizayn, qurulma, sınaqdan keçirilmə və inkişaf8. Uşaqların texnoloji yeniliklərə hazırlanması9. “Gənc ixtiraçılar” şəbəkəsinin yaradılması10. Elm və texnologiyaya marağın artırılmasıDaha ətraflı məlumat üçün: https://stem.az/%D0%BB%D0%B5%D1%82%D0%BD%D0%B8%D0%B9-%D0%BA%D0%B0%D0%BC%D0%BF-%D0%B8%D0%BD%D0%B6%D0%B5%D0%BD%D0%B5%D1%80%D0%B8%D0%B8-2/Qeydiyyat üçün əlaqə nömrəsi: 050 444 25 25

OXŞAR XƏBƏRLƏR