Stiv Uitkoff Rusiyaya gedib

Stiv Uitkoff Rusiyaya gedib
DÜNYA
09:58 21.10.2026
231
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff Rusiyaya gedib.

Bu barədə Rusiya mediası xəbər verir.

Pulkovo Beynəlxalq Hava Limanında amerikalı rəsmisini Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.

Daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Rusiya yaxın vaxtlarda Prezident Vladimir Putinin Donald Trampın xüsusi elçiləri ilə görüşünü keçirməyi gözləyir. Onun sözlərinə görə, danışıqların əsas mövzuları xüsusi elçilərin Ukrayna və Avropa tərəfləri ilə təmaslarının yekunları, eləcə də digər vacib məsələlər üzrə mövqe mübadiləsi olmalıdır.
 
///report///
OXŞAR XƏBƏRLƏR