Dişlərin müntəzəm olaraq təmizlənməsi ürək-damar xəstəliklərinə yaxalanmaq riskini azaldır. Tayvanlı elm adamları 7 ilə yaxın ürək xəstəlikləri və beyin damarları narahatlığı ilə bağlı problemi olmayan 100 mindən artıq insanın sağlamlıq vəziyyətini araşdırıb. Araşdırma ildə ən azı 2 dəfə diş həkiminə müraciət edərək dişlərini və diş daşlarını təmizlətdirənlərin infarkt keçirmə riskinin, heç stomatoloqa geməyən və ya 2 ildən bir gedənlərlə müqayisədə 24 faiz az olduğunu göstərib. Bundan əlavə, həkimə müraciət edənlərdə beyin qanaması keçirmə riski də 13 faiz az olub.