“Stop” sözü “Toxta” ilə əvəzlənə bilməz – Dilçidən deputatın təklifinə ETİRAZ

“Stop” sözü “Toxta” ilə əvəzlənə bilməz – Dilçidən deputatın təklifinə ETİRAZ
SOSİAL
16:01 02.11.2026
283
Milli Məclisin deputatı Hikmət Babaoğlu yol nişanlarında istifadə olunan "Stop” sözünün Azərbaycan dilində qarşılığı ilə əvəzlənməsini təklif edib.

Deputat alternativ olaraq "Dur” və "Toxta” sözlərini irəli sürüb. Onun fikrincə, "Toxta” sözü daha geniş məna daşıyır, qısa müddət dayanmağı, nəfəs dərməyi və daha sonra hərəkəti davam etdirməyi ifadə edir.

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən dilçi Təranə Şükürova deputatın təklifini dilçilik baxımından qiymətləndirərək məsələyə münasibət bildirib:

""Stop” sözü Azərbaycan dilində "toxta” sözü ilə əvəzlənmir. Azərbaycan dilində "stop” ifadəsindən istifadə olunur. "Toxta” sözü isə digər türk dillərində işlədilir. "Stop” beynəlxalq söz olduğuna görə onun Azərbaycan dilində də işlənməsi aktivdir”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR