“StringART” Peşə Modeli layihəsi başa çatdı

GƏNCLİK
13:50 05.02.2018
934
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi layihə rəhbəri İlkin Hüseynovun  icra etdiyi "StringART” Peşə Modeli layihəsi başa çatıb.

Layihənin əsas vəzifələri gənclərin bacarıq səviyyəsinə uyğun olan peşələrinin seçilməsində   dəstək olmaq  onları müəyyən peşə biliklərinə yiyələndirmək. gənclərin problemlərinin profilaktikası və aradan qaldırılması,onların məşğulluğunun təmin edilməsidir . Ümumilikdə republikanın müxtəlif bölgələrində yaşayan 40 nəfər gənc layihədə iştirak etmişdir.

Layihə rəhbəri İlkin Hüseynov layihə ilə bağlı açıqlamasında bildirmişdir: Məhz   gənc nəslin  gələcək  təminatının yaxşılaşdırılması onların sosial statusunun  yüksəldilməsi üçün onların  hər hansı  peşəyə yiyələnməsi mütləqdir. Gənclərin müasir peşə təhsili almaq imkanları təmin ediləcək ki  buda  onların iqtisadi və sosial baxımdan səmərəli yaradıcı peşə təhsilinə yönləndirilməsi və  bu istiqamətdə onların  müasir biliklərlə təmin edilməsinə imkan yaradacaq.Buda statistik olaraq ölkədən  işsizliyin  və müxtəlif  cinayət hadisələrinin  sayının azalmasına dolayı olaraq təsir edəcək.

OXŞAR XƏBƏRLƏR