Su və elektrik enerjisinin bahalaşmasına - Rəsmi cavab

Su və elektrik enerjisinin bahalaşmasına -  Rəsmi cavab
Bütün Xəbərlər
11:17 18.01.2014
2200

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri açıqlama verib.

Azərbaycanda su və elektrik enerjisinin tariflərinin bahalaşması gözlənilmir.

AZXEBER.COM xəbər verir ki, bunu AzNews.az-a İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib.

Onun sözlərinə görə, bu məsələlər Tarif Şurasının gündəliyində deyil və müzakirə edilməsi gözlənilmir:

“Azərenerji” və “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən su və elektrik enerjisi tariflərinə yenidən baxılması üçün heç bir müraciət ünvanlanmayıb”.

Xatırladaq ki, dünən bəzi mətbuat orqanlarında fevralın 1-dən etibarən suyun və elektrik enerjisinin bahalaşacağı ilə bağlı məlumatlar yayılmışdı.

OXŞAR XƏBƏRLƏR