Subaylar üçün ayrıca metro tikilir

Subaylar üçün ayrıca metro tikilir
Bütün Xəbərlər
15:09 22.05.2013
3072

Çexiyanın paytaxtı Praqada subaylar üçün vaqon xidməti olacağı açıqlanıb.

AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, belə ki, Praqanın metro işlətməcisi “Rapid” əhalinin metrodan sıx istifadə olmasını nəzərə alaraq yeni vaqonun gətiriləcəyi barədə xəbər verib.

Maraqlı olan burasıdır ki, “Rapid”in nümayəndəsi Flip Drapal yeni vaqonların subay insanlar üçün nəzərdə tutulduğunu bildirib. O, “metroda kitab oxuya bilirik, yeni informasiyalar ala bilirik. Niyə də metroda tanışlıq olmasın” deyərək bu özəl vaqonun subayların biri-biri ilə tanış olması üçün nəzərdə tutulduğunu qeyd edib.

Praqada yaşayanların 46%-i bu fikri dəstəkləsə də, onunla razılaşmayanlar da az deyil.

OXŞAR XƏBƏRLƏR