Müğənni ən son klipini təqdim edib.
AZXEBER.COM xəbər verir ki, müğənni Niyam Salami bu günlərdə daha bir klipini sevənlərinin ixtiyarına verib. Bu, sözləri Ülviyyə Alovluya, musiqisi Rəhim Rəhimliyə aid “Subaylıq - Sultanlıq” adlı mahnısına çəkilən klipdir.Klipin çəkilişləri İçərişəhərdə baş tutub. Klip boyu Niyam İçərişəhərin dar küçələrini gəzən sevgidən nakam qalan gəncin surətini canlandıraraq ətrafına xeyli insan toplayır. Əlvan rənglər və rəqslərlə bol olan klipin rejissor işi Kənan Musayevə aiddir.