11:32 Bazar Ertəsi, 16 Dekabr 2019
SAĞLAMLIQ

Süddən imtina etdikdə orqanizmdə baş verəcək 5 dəyişiklik

22:40, 21.11.201913096
Süddən imtina etdikdə orqanizmdə baş verəcək 5 dəyişiklik
Bu material medicina.az saytında 10.000-ci yazıdır. Artıq 10.000 müxtəlif mövzuda, adda faydalı və ya bəzilərinin faydasız belə hesab etdikləri yazıları sizinlə paylaşdıq.

Son zamanlar dünya mətbuatında həkimlər və alimlər tərəfindən inək südünün böyük insana lazım olmaması, əksinə zərər verməsi barədə çoxsaylı yazılar, eləcə də elmi tədqiqatların şahidi oluruq.

Laktoza dözümsüzlüyü, süd və süd məhsullarından bəzi xəstəliklərin kəskinləşməsi, laktozasız dieta - trend mövzulardır.

AZXEBER.COM medicina.az-a istinadən süddən imtina etdikdən sonrakı 3 ayda orqanizmində hansı dəyişikliklərin baş verəcəyini açıqlayır. Bunlar real faktlar əsasında toplanıb.

1.Sənin dərin daha təmiz və təravətli ola bilər

Bir çox allergen insanlar üçün məhz süd məhsulları dəridə səpki və aknenin səbəbidir. Elmi araşdırmalara görə, süddə testosterona bənzər hormonlar var ki, onlar  piy vəzilərini aktivləşdirir, sızanaq, akne yaradır. Düzdür, bu hər süd içəndə olmur. Məsələn, kəsmik və pendir belə bir təsir vermir. Amma süd və südün özünün qatıldığı məhsullar dəriyə mənfi təsir edə bilər. Əgər sənin üzün uzun müddətdir problemlidirsə, o zaman 3 ay müddətinə süd və süd məhsullarından imtina et, fərqə bax.

2.Sənin əlavə probiotiklərə ehtiyacın olacaq

Süd məhsulları, xüsusən qatıq, kefir təbii probiotikdir, bunlar bağırsağa vacib olan faydalı bakteriyalar olub hormonal fon və immuniteti tənzimləyir. Süddən imtina etdikdə, siz mütləq əlavə probiotik qaynaqları tapmalısız. Bunlar da marinadlaşdırılmış xiyar, duzlu kələm ola bilər.

3.Sən kökələ bilərsən

Süddən imtina onda olan yağ və zülaldan məhrum olma deməkdir. Çox insanlar süd olmadıqda, sadə karbohidratlara üstünlük verir, bu da kökəldir. Süddən imtina etdikdə zülalı yumurta, toyuq əti, qoz, badam, paxlalılardan al. Xəmir və un məmulatlarına üstünlük verməyin
 

4.Xərçəng riski xeyli azalacaq

İsveç alimləri sübut edib ki, çox miqdarda süd içmək yumurtalıq, süd vəzi, ağciyər, prostat kanserini artırır. Daha bir tədqiqatla sutkada 300 ml süd içən kişilərin 35% daha çox prostat xərçəngi olma riskini artırdığını göstərib. Yaşlı vaxtlarda heç süd içməyənlərdə isə bu risk azdır. Səbəb süddə olan hormonlardır. O, qanda şiş hüceyrələrini qidalandıran hormonu artırır.

5. Həzm problemlərin düzələcək

Həzmsizlik, köp, bağırsaq problemləri olanlara süddən imtina tövsiyyə edilir. Həqiqətən bir çox insanlarda süd çətin mənimsənilir. Bu zaman köp, mədədə spazm, qarında ağrı olur. Amma bu problemi olmayan insanların süddən imtinası da onların mədə-bağırsağında gözlənilməz problemlər yarada bilər. Bunun alternativi soyadır. Soya südü, soya yağı süd məhsulları dadını verir. Amma soyadan da çox istifadə etmək olmaz

Nəzərə alın ki, süd qaynadıldıqda, faydalı maddələrinin çoxunu itirir. Ona görə sıyıqları suda bişirə bilərsiz.
XƏBƏR LENTİ