Amerika Səfirliyinin maliyyə dəstəyi, "İnternational Alert’ in təşkilatçılığı və Humanitar Tədqiqatlar Cəmiyyətinin partnyorluğu ilə Tiflisdə sülh quruculuğu məktəbinin gender fəallarının görüşü keçirilib.
Görüşdə indiyə qədər baş tutmuş 4 məktəbin fəalları informasiya və ideya mübadiləsi etmişlər. Layihənin son günü isə fəalların etdiyi layihələrin hesabati verilib, mövzu üzrə çəkilmiş iki video və bir sənədli film nümayiş olunub. Sülh quruculuğu üzrə gender feallarının məktəbi hər il keçirilir və bu üzrə təcrübə qazanmaq və işləmək istəyənlər Humanitar Tədqiqatlar Cəmiyyətinə müraciət edə bilər. Belə ki, HTC-nin əsas məqsədi cəmiyyətin demokratik inkişafı, insanların vətəndaş cəmiyyətinin qurulmaslnda fəal iştirakına yaradılan şəraitin öyrənilməsi, insan hüquqları, miqrasiya, üçüncü sektorun inkişafı ilə bağlı monitprinqin aparılmasıdır.