Sülh üçün birləşək

Sülh üçün birləşək
Bütün Xəbərlər
17:19 06.08.2014
4975

Aysel Vəlizadə Son günlər cəbhədə baş verənlər hər kəsin diqqətini bir neçə məsələyə yönəltdi. Düşünürəm ki, bu məsələlərdən ən önəmlisi Türkiyənin bizə verdiyi dəstək, maddi-mənəvi şəkildə bizimlə birliyini göstərməsi idi. Türkiyə hər zaman Azərbaycana qardaş ölkə kimi baxmış, hətta dahi öndərimiz Heydər Əliyev bu dostluğu, qardaşlığı ən gözəl şəkildə bir millət, iki dövlət olaraq ifadə etmişdir.

İndi də bu çətin günləri yaşadığımız zamanda türk milləti bizə dəstək oldu, bizim kədərimizi öz kədəri hesab edib dərdimizə ortaq oldu, müharibə olarsa, əsgərləri ilə yardıma hazır olduğunu bildirdi. Lakin burda diqqətinizi bəzi incəliklərə çəkmək istəyirəm: müharibə demək, daha çox şəhid, daha çox gözüyaşlı ana və valideynsiz uşaqlar deməkdir. Müharibə demək, qana qanla cavab vermək və daha çox günahsız insanların öldürülməsi deməkdir. Qarabağ müharibəsində öldürülən, itkin düşən, əsir düşən insanlarımızı düşünün. Öz yurdlarından, evlərindən qovulub çıxarılan məsum insanları xatırlayın. Öz ata-baba yurdlarını yurdunu görmək üçün gizlicə işğal altında olan torpaqlara gedən, əsir alınıb əziyyət görən insanları xatırlayın... Bir anlıq özünüzü onların yerində təsəvvür edin: sərin otağınızda oturduğunuz halda, birdən qapı vurulub açılır, bacınız, ananız, övladınız, həyat yoldaşınız sürüyərək evdən çıxarılır, kişilər gözünün qabağında edam edilir, qızlarınız, həyat yoldaşınız, bacınız və ya ananız isə təcavüzə məruz qalır...

2-3 gündür hər səhər “inşaAllah, bu gün şəhid xəbəri oxumaram” fikri ilə xəbər saytlarına baxıram. Düşünün, müharibə olarsa, hər gün eyni ağrı ilə səhəri açacağıq, hər gün neçə ananın gözü yaşlı qalacaq, körpələr atasız qalacaq. Çünki bu, müharibədir, düşmən itki verirsə, sən də şəhid verəcəksən. Amma biz artıq şəhid vermək istəmirik, günahsız insanların ölməsini istəmirik, dünyaya sülhün hakim olmasını və müharibələrin bitməsini istəyirik. Müharibə yeganə çıxış yolu deyil.

Bu gün günahsız insanların öldürüldüyü yeganə yer vətənimiz deyil, dünyanın hər yerində müsəlmanlar zülm görür. Hər gün İraq, Suriya, Şərqi Türküstan, Birma və s. ölkələrdə günahsız insanlar öldürülür, işgəncəyə məruz qalır. Bəs nə zamana qədər bu zülm davam edəcək? Nə zamana kimi müsəlmanlar zavallı durumda köməyi ancaq ABŞ, AB, NATO-dan gözləyəcəklər? Nə zaman anlayacaqlar ki, türkün türkdən başqa dostu yoxdur. Dini, Peyğəmbəri, Kitabı bir olan İslam dövlətləri nə zaman birləşməyi düşünəcəklər?

İslamın müqəddəs kitabı Quran insanları sülhə, birliyə, bərabərliyə çağırır. Günahsız bir insanı öldürən şəxsin cəzasının əbədi cəhənnəm olduğu bildirilir. Quran bağışlamağa, əfvediciliyə, mərhəmətə təşviq edir. “Qonşusu ac ikən tox yatan bizdən deyildir”, - deyə buyuran Peyğəmbərin (səv) ümmətiyik biz. Və bu ümmətin fərdləri hazırda dağınıq haldadır, ona görə, İslam düşmənləri hər yerdə məsum müsəlmanları öldürür, incidir, işgəncə edir. Məsələnin həll yolu, əslində, çox sadədir: İslam ölkələrinin birliyi.

İslam birliyini qurmaq, İslam ölkələrinin birləşməsi heç də çətin deyil. Azərbaycanla Türkiyənin birləşməsi məhz bu birliyin əsasını qoya bilər. Başda qeyd etdiyim kimi, Türkiyə heç zaman Azərbaycandan dəstəyini əsirgəməmişdir. Prezidentimiz cənab İlham Əliyev: “Türkiyə bizim müstəqilliyimizi tanıyan ilk ölkə olmuşdur. O gündən etibarən dəstəyini əsirgəməmişdir. Türkiyə hər zaman bizə dəstək olmuşdur. 21-ci əsr Türk dünyasının əsri olacaqdır”, – sözləri ilə bu dostluğu çox gözəl şəkildə vurğulamışdır.

Qurulmasını çox arzu etdiyimiz İslam birliyi isə yalnız İslam dünyasına deyil, bütün dünyaya sülh və rahatlıq gətirəcək. Çünki İslam birliyi sevgi birliyidir, könül birliyidir. Bu birliyin təməli sevgi, fədakarlıq, yardımsevərlik, mərhəmət, anlayışdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir