“Sülhə aparan yolun başlanğıcında Azərbaycan dayanır” – Deputatdan Almaniyaya sərt mesaj

“Sülhə aparan yolun başlanğıcında Azərbaycan dayanır” – Deputatdan Almaniyaya sərt mesaj
SİYASƏT
16:16 25.09.2026
236
Nikol Paşinyanın Almaniyanın Hessen Sülh Mükafatına layiq görülməsi Azərbaycan-Ermənistan münasibətləri və regionda gedən sülh prosesi ətrafında yeni müzakirələrə səbəb olub. Məsələ təkcə Ermənistanın baş nazirinin mükafatlandırılması ilə məhdudlaşmır. Əsas diqqət sülh prosesində iştirak edən tərəflərin rolunun necə qiymətləndirilməsi və bu prosesə kənardan verilən siyasi mesajlara yönəlib.

Azərbaycan və Ermənistan arasında uzun müddətdir davam edən danışıqlar nəticəsində münasibətlərin normallaşdırılması və sülhün əldə olunması istiqamətində bir sıra mühüm addımlar atılıb. Prosesin əsas iştirakçıları isə hər iki ölkənin rəhbərliyi olub. Buna baxmayaraq, sülhə töhfəyə görə verilən mükafatın yalnız Ermənistanın baş nazirinə təqdim olunması diqqətdən yayınmayıb.

Maraqlıdır ki, Paşinyan da çıxışında əldə olunan nəticələrin yalnız Ermənistanın fəaliyyəti ilə bağlı olmadığını, Azərbaycan Prezidenti İlham Əliyevlə aparılan danışıqlar və əldə edilmiş razılaşmaların bu prosesdə mühüm rol oynadığını vurğulayıb. Bu baxımdan, mükafatın verilməsi ilə bağlı qərarın hansı meyarlar əsasında qəbul edildiyi sualı gündəmə gəlir.

Həmçinin Hessen Sülh Mükafatının əvvəlki təqdimatlarında sülh prosesində iştirak edən müxtəlif tərəflərin birlikdə təltif olunması hallarının mövcudluğu da məsələyə əlavə maraq yaradır. Bu səbəbdən hazırkı qərar Almaniyanın Cənubi Qafqazda sülh prosesinə yanaşması, tərəflərin roluna verdiyi qiymət və regiondakı siyasi proseslərə münasibəti baxımından müzakirə olunur.

Milli Məclisin deputatı Azər Badamov AZXEBER.COM-a açıqlamasında deyib ki, bu addım Almaniyanın Cənubi Qafqaz siyasətində ikili standartların hələ də davam etdiyini göstərən ciddi siyasi mesajdır:

"Hessen Sülh Mükafatının yalnız Nikol Paşinyana təqdim edilməsi Almaniyanın Cənubi Qafqaz siyasətində ikili standartların hələ də davam etdiyini göstərən ciddi siyasi mesajdır. Çünki Azərbaycan və Ermənistan arasında sülh prosesi iki ölkə arasında gedir və bu prosesin nəticələrinin yalnız bir liderin adına yazılması obyektiv yanaşma sayıla bilməz.

Bu gün Azərbaycanla Ermənistan arasında sülh gündəliyi yaranıbsa, onun arxasında Azərbaycanın yaratdığı hərbi-siyasi reallıqlar dayanır. Azərbaycan 44 günlük Vətən müharibəsində öz ərazilərini işğaldan azad etməsəydi, bu münaqişənin daha neçə onilliklər davam edəcəyini heç kim proqnozlaşdıra bilməzdi. Uzun illər ərzində münaqişəni həll edə bilməyən beynəlxalq vasitəçilik mexanizmləri nəticə vermədi. Nəticəni Azərbaycan öz gücü ilə yaratdı. Azərbaycan həmin dövrdə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün mübarizə apararkən müxtəlif dairələr tərəfindən təzyiqlərlə və ittihamlarla üzləşirdi. Bu gün isə həmin reallıqların nəticəsi olaraq sülhdən danışılır. Deməli, sülh öz-özünə yaranmayıb”.

O bildirib ki, sülh reallığının arxasında Azərbaycanın uzun illər ərzində apardığı məqsədyönlü dövlət siyasəti dayanır: 

"Bu sülh reallığının arxasında Azərbaycanın uzun illər ərzində apardığı məqsədyönlü dövlət siyasəti dayanır. Azərbaycan siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirdi, ordusunu gücləndirdi və onun peşəkarlığını artırdı. Nəticədə 44 günlük müharibədə Ermənistan kapitulyasiya sənədini imzalamağa məcbur oldu. Məhz bundan sonra regionda yeni siyasi reallıq yarandı. 20 sentyabr 2023-cü ildə Azərbaycanın Qarabağ bölgəsində suverenliyini tam bərpa etməsi isə həmin reallığı daha da möhkəmləndirdi”.

Parlamentari vurğulayıb ki, sülhə aparan yolun başlanğıcında Azərbaycanın yaratdığı hərbi-siyasi reallıqlar dayanır:

"Əgər Azərbaycan 44 günlük müharibədə yaratdığı reallıqları formalaşdırmasaydı və 20 sentyabr 2023-cü ildə öz ərazilərində suverenliyini bərpa etməsəydi, bu gün haqqında danışdığımız sülh gündəliyinin yaranması da mümkün olmazdı. Ermənistanın uzun illər davam edən işğal siyasətinin nəticəsi olaraq mövcud olmuş status-kvo dəyişdirildi və tərəflər məhz bundan sonra münasibətlərin normallaşdırılması barədə real danışıqlara keçdilər. Ona görə də bu gün sülh prosesinin tarixini yalnız son mərhələdən başlamaq düzgün deyil. Sülhə aparan yolun başlanğıcında Azərbaycanın yaratdığı hərbi-siyasi reallıqlar dayanır. Bu baxımdan bu gün regionumuzda yaranmış sülhün əldə olunmasında Prezident İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi həlledici əhəmiyyət daşıyıb. Nikol Paşinyanın özü də 2025-ci ildə Vaşinqtonda əldə olunan nəticələrin Azərbaycan Prezidenti İlham Əliyevlə aparılan danışıqlar və imzalanan sənədlərlə bağlı olduğunu bildirib. Yəni Ermənistanın rəhbəri prosesdə Azərbaycanın və Prezident İlham Əliyevin rolunu görür və bunu etiraf edir. Amma  Avropadakı bəzi siyasi dairələrin bunu görməzdən gəlməsi ciddi suallar doğurur.

Hessen Sülh Mükafatının yalnız Ermənistan rəhbərinə təqdim edilməsi də məhz bu baxımdan mübahisə doğurur”.

"Əgər söhbət Azərbaycan-Ermənistan sülh prosesindən gedirsə, bu prosesin yaranmasına gətirib çıxaran bütün siyasi və tarixi reallıqlar nəzərə alınmalıdır. Sülhün tarixini birtərəfli təqdim etmək nə ədalətli yanaşmadır, nə də regionda davamlı sülhün təşviqinə xidmət edir. Almaniyanın və bütövlükdə Avropanın Cənubi Qafqaz siyasətində daha obyektiv və balanslı yanaşmaya ehtiyac var. Çünki regionda sülhün möhkəmlənməsi üçün tərəflərin yalnız xoş niyyətlərini deyil, həm də prosesin real tarixini, əldə olunmuş nəticələri və hər bir tərəfin bu nəticələrin formalaşmasındakı rolunu nəzərə almaq lazımdır”,-deyə deputat vurğulayıb.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Son 1 ədəd qalıb”: Onlayn mağazalar alıcını necə tələsdirir?
17:36 25.09.2026
“Son 1 ədəd qalıb”: Onlayn mağazalar alıcını necə tələsdirir?
Corc Rassell: "Sıralama turu mənim üçün əla alındı"
17:33 25.09.2026
Corc Rassell: "Sıralama turu mənim üçün əla alındı"
Formula 1 üzrə Azərbaycan Qran-prisində sıralama turuna yekun vurulub
17:26 25.09.2026
Formula 1 üzrə Azərbaycan Qran-prisində sıralama turuna yekun vurulub
Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı təkliflər verib – Peskov
17:19 25.09.2026
Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı təkliflər verib – Peskov
Ödənişi alıb yoxa çıxırlar – Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ
17:18 25.09.2026
Ödənişi alıb yoxa çıxırlar – Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ
TBMM sədri: “İki ayrı dövlət olsaq da, iki ayrı millət deyilik”
17:06 25.09.2026
TBMM sədri: “İki ayrı dövlət olsaq da, iki ayrı millət deyilik”
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
16:40 25.09.2026
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Dünən vəzifədən azad edilən başçı təhsil naziri təyin edildi
16:29 25.09.2026
Dünən vəzifədən azad edilən başçı təhsil naziri təyin edildi
Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasına - Rəsmi Bakıdan reaksiya
16:21 25.09.2026
Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasına - Rəsmi Bakıdan reaksiya
“Sülhə aparan yolun başlanğıcında Azərbaycan dayanır” – Deputatdan Almaniyaya sərt mesaj
16:16 25.09.2026
“Sülhə aparan yolun başlanğıcında Azərbaycan dayanır” – Deputatdan Almaniyaya sərt mesaj
Prezidentin ali hərbi rütbə verdiyi general-mayor kimdir? - DOSYE
16:05 25.09.2026
Prezidentin ali hərbi rütbə verdiyi general-mayor kimdir? - DOSYE
“Kristal”da mənzil almaq üçün yeni şərtlər: kreditdə faizlər endi
15:57 25.09.2026
“Kristal”da mənzil almaq üçün yeni şərtlər: kreditdə faizlər endi
Dişini çəkdirən qadın vəfat edib: Həkim səhvi, yoxsa...?
15:46 25.09.2026
Dişini çəkdirən qadın vəfat edib: Həkim səhvi, yoxsa...?
İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi
15:45 25.09.2026
İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib - SİYAHI
15:40 25.09.2026
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib - SİYAHI
Prezident ona general rütbəsi verdi
15:39 25.09.2026
Prezident ona general rütbəsi verdi