Sulutəpədə növbəti söküntü

Sulutəpədə növbəti söküntü
Bütün Xəbərlər
15:50 06.04.2012
1432
Bu gün səhər tezdən ARDNŞ-in mühafizə xidmətinin əməkdaşları Sulutəpə qəsəbəsində “Aşağı Sulutəpə” deyilən ərazidəki evləri sökməyə başlayıb.
Bir neçə saatın içində artıq 15 fərdi yaşayış evi heç nəyə məhəl qoyulmadan sökülüb. Bu barədə “Yeni Müsavat”ın hazırda həmin ərazidə olan müxbiri Günay Musayeva məlumat verib.Əməkdaşımızın sözlərinə görə, Neft Şirkətinin mühafizəçiləri ilə evlərinin sökülməsinə etiraz edən sakinlər arasında qarşıdurma olub. Neft Şirkətinin işçiləri bu zaman bir yaşlı qadını və bir gənc oğlanı möhkəm döyüblər. Onlar evlərinin sökülməsinə müqavimət göstərirmiş. Qəsəbə sakinləri hazırda yığılıb etiraz əlaməti olaraq yolu kəsməyə hazırlaşırlar. Əraziyə cəlb olunan polis qüvvələri isə seyrçi mövqedədir. Onlar evlərin sökülməsinə və vətəndaşların döyülməsinə kənardan baxaraq bu özbaşınalıqlara müdaxilə etmirlər.
OXŞAR XƏBƏRLƏR