Sulutəpədəki zəncirvari yol qəzasının detalları üzə çıxdı

Sulutəpədəki zəncirvari yol qəzasının detalları üzə çıxdı
Bütün Xəbərlər
16:00 07.05.2013
1095
Ötən gün saat saat 16.00 radələrində Sulutəpə qəsəbəsi ərazisində baş verən zəncirvari yol qəzası ilə əlaqədar Daxili İşlər Nazirliyi məlumat yayıb. 
AZXEBER.COM-un nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Lənkəran şəhər sakini Elvin Qurbanov idarə etdiyi “KamAZ” markalı avtomaşını qarşıda gedən Kürdəmir rayon sakini Natiq Qurbanovun idarə etdiyi “Opel Astra” markalı avtomaşına vurub. Sonradan isə avtomaşınlar zəncirvari qaydada Şərur rayon sakini Həsənqulu Nəcəfovun idarə etdiyi “Toyota Prado”, Tərtər rayon sakini Sirac Əliyevin idarə etdiyi “Daevoo Nexia”, Bakı şəhər sakini Əsəddin Hüseynovun idarə etdiyi “QAZ-330218”, İmişli rayon sakini Fərasət Sarxanovun idarə etdiyi “İsuzu”, Hökməli qəsəbə sakinləri Fəxrəddin Tağıyevin idarə etdiyi “VAZ-2106”, Rəhim Rəhimovun idarə etdiyi “VAZ-2106” və İsmayıllı rayon sakini Elman Abbasovun idarə etdiyi “Opel Astra” markalı avtomaşınlarla toqquşub.Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alan E.Abbasov, N.Qurbanov və F.Sarxanovun sərnişinləri - Sulutəpə qəsəbə sakinləri Eyyubbala Qasımov və Araz İsayev xəstəxanaya yerləşdiriliblər.BDYPİ tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR