Sumqayıtda ekoloji debat turniri

GƏNCLİK
10:13 22.04.2011
2232
 
Fevral ayında məktəblərdə ekoloji təlimlər və Debat təlimləri keçirilib. Mart ayında isə layihə iştirakçılarının Sumqayıt şəhər İdman və Gənclər Baş İdarəsinin rəis müavini Rüstəm Sadıqzadə ilə görüşü təşkil olunub. Görüş zamanı gənclər Sumqayıtın ekoloji problemlərini müzakirə edərək, təkliflərlə çıxış ediblər. Debatla bağlı Qafqaz Universitetinin keçmiş tələbəsi, Debat məşqçisi, ekspert Talıb Bayramovla da görüş təşkil olunub və iştirakçıların sualları cavablandırılıb.
Aprel ayında məktəblərdə layihə iştirakçılarının iştirakı ilə iməcliklər təşkil olunub. Bu iməcliklərdə 100-dən çox gənc iştirak edib.
Hazırda Sumqayıt Məktəblilərarası V Debat Natiqlik Turnirinə hazırlıqlar gedir. Aprel ayının 23-24-də Sumqayıt şəhəri, 24 nömrəli məktəbdə 20 orta təhsil müəssisəsini təmsil edən 28 Debat komandası “Sumqayıtın ən yaxşı natiqi” adı uğrunda yarışacaq. Turnirdə “İqtisadiyyatın inkişafı ətraf mühitə müsbət təsir göstərir” adlı mövzu ətrafında danışılacaq. Gənclər mövzunu müzakirə edəcək, mövcud ekoloji problemləri ortaya çıxaracaq və bu problemlərin həllində öz təkliflərini verəcəklər. Qaliblərə kubok, medal və qiymətli hədiyyələr veriləcək. Həmçinin, turnirin qalib komandası növbəti həftədə keçiriləcək Respublika Debat Forumu-2011-ə vəsiqə qazanacaq və Sumqayıtı təmsil edəcək.
"Ətraf mühitin mühafizəsi və bu işdə gənclərin rolu" layihəsi fevral ayında Vətəndaş Cəmiyyətinə Yardım Fondunun maliyyə dəstəyi ilə başlayıb. Layihənin davamı olaraq, may ayında, layihədə fərqlənən gənclərin iştirakı ilə Sumqayıtda ekoloji flaşmobların və maarifləndirici aksiyaların keçirilməsi nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR