Sumqayıtda məktəb direktorunun burnunu sındırdılar

GƏNCLİK
11:48 09.02.2011
2680


Sumqayıt şəhər orta məktəbin direktoru döyülüb. Şəhər sakinlərinin verdiyi məlumata görə, döyülən şəxs 43 saylı orta məktəbin direktoru Xanım Ələkbərovadır. Hadisə fevralın 6-da məktəbdə baş verib. Möhkəm döyülən direktorun burnu sındırılıb. Direktor Xanım Ələkbərova baş verənlərlə bağlı açıqlama verdi. Bildirdi ki, hadisə bazar günü baş verib. Direktorun sözlərinə görə, onu döyən şəxs şagirdinin qohumudur. 

X.Ələkbərova hadisənin necə baş verməsini belə nəql etdi: “Rəhbərlik etdiyim məktəbin yerləşdiyi “Stansiya Sumqayıt” kimi tanınan ərazi XXI əsrin "Danabaş kəndi"dir. Sanki bütün nadan, cahil, elmdən uzaq insanların hamısı orada cəmlənib. Bazar günü şagirdin evinə zəng edib imtahana çağırmışam. Telefona şagirdin valideynləri yox, qohumu cavab verib. Mən isə bunu bilməmişəm. Sən demə, telefona cavab verən şagirdin əmisi olub. Mənə dedi ki, sən kimsən evə zəng edirsən? Bildiridi ki, bura mənim evimdir, sənin axtardığın şagird bu evdə yaşamır. Telefonda qışqırıb məni təhqir etdi. Elə hadisə də telefon danışığından bir neçə dəqiqə sonra baş verdi. Şagirdlərə buraxılış vərəqini paylayıb sinifdən çıxarkən arxadan mənə güclü zərbə dəydi. Özümü saxlaya bilməyib pilləkəndən aşağı yıxıldım. Məni vuran şəxs isə dərhal qaçıb getdi. Sir-sifətim çox pis vəziyyətdir, burnum pilləkənə dəyərək sınıb. Bədənimin müxtəlif yerlərində qançır yerləri var. Dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verdim”.

X.Ələkbərova qeyd etdi ki, xəsarətləri ilə bağlı ekspert rəy verib. Burnun açıq sınığı diaqnozu qoyulub, ayaqlarında xəsarətlər var: “Hüquq-mühafizə orqanları həmin şəxslə bağlı layiqli qərar verəcəklər. İnanıram ki, o adam cəzasını alacaq. Axı o, Azərbaycan kişisinə yaraşmayan hərəkət etdi, qadınına əl qaldırdı, özü də qadına layiq olmayan şəkildə! Onun ailəsi də bizə gəlmişdi. Üzrxahlıq etdilər. Ancaq onu bağışlamayacam! Azərbaycan qadınına, müəllimə qarşı belə hərəkət etmək olar!?”.

Zərərçəkmiş direktor 43 saylı məktəbdəki yaranmış bəzi problemlərdən də danışdı: “Əvvəllər məktəbimizdə hicabla bağlı problem olub. Onların mənimlə əvvəllər davası olub, sonra barışıq olub. Döyülməyim hicabla bağlı deyil. İki nəfər hicablı şagirdimiz var, onlar da məktəbi qurtarıb gedəcəklər. Məktəbin keçmiş derektoru Əhəddin Paşayev mənimlə mübarizə aparır. Mən sumqayıtlı deyiləm. Bura məktəbi qaldırmaq, təhsili inkişaf etdirmək üçün gəlmişəm. İşimin də öhdəsindən gəlirəm. Ancaq keçmiş direktor məni biabır etmək üçün çox çalışır”.

Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini Azər Cahangirov bildirdi ki, X.Ələkbərovanı döyən şəxs müəyyən edilib. O, orta məktəbin şagirdlərindən birinin qohumudur. Hazırda araşdırma aparılır. Ekspert rəyindən sonra Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanacaq.

//milli.az

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir