Sumqayıt sakini əmisi arvadını bıçaqladı

Sumqayıt sakini əmisi arvadını bıçaqladı
Bütün Xəbərlər
13:12 08.06.2013
1409

Yaralı xəstəxanaya yerləşdirilib.

Sumqayıtda bıçaqlama hadisəsi olub. AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, hadisə dünən Corat qəsəbəsində qeydə alınıb. Xızı rayon sakini Eyvaz İsixanov münaqişə zəminində qəsəbə sakini, əmisi arvadı Sehrinaz İsixanovaya bıçaq xəsarətləri yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.İsixanov tutulub.

OXŞAR XƏBƏRLƏR